Cey UİLSON: Hər şeyin sonu - E-kitab

14:16 | 13.12.2013
Cey UİLSON: Hər şeyin sonu - E-kitab

Cey UİLSON: Hər şeyin sonu - E-kitab

Cey UİLSON (ABŞ)

Hər şeyin sonu (Hekayə)

Hər hansı sui-qəsdə hazırlasdığın zaman ən sonda səhnədə tək-tənha qalacagını gözaltına almalısan. Burada artıq nə hazırlıq məsqləri, nə ardıcıl dubllar, nə də istirakçıların dəyisməsi sənin köməyinə yetisər, çünki qətlə yetirdiyin şəxsin son xırıltıları fonunda qəflətən pərdə yuxarı qalxacaq.

Mister Payper bütün bunları çox yaxsı anladıgı üçün hər seyi tam ciddi-cəhdlə ölçüb-biçmisdi. Son illərdə onu üzüb əldən salan problemin ən sadə, etibarlı və əlüstü həlli ancaq sui-qəsd ola bilərdi.

Yanaqlarından qan daman və getdikcə kökəlməyə baslayan bu gülərüzlü, töşbərçə adam yasına nisbətən nə qədər cavan görünsə də, pensiya yaşı gəlib çatmısdı. Yəqin ki, həyatda özünə korluq vermədiyi üçün belə cavan qalmısdı. Anadangəlmə subay olan bu kişi bahalı viskilər içməyi, teatra getməyi, qolf oynamagı və gözəl evlər kiralamagı heç vaxt özünə çox görməmişdi. Ailə yasamından və qaygılarından uzaq adamın bu cür nemətlərdən, bəlkə bəzilərinə xırda-xurus görünsələr belə, dadmasına onun bank kassiri kimi aldığı maas da imkan verirdi. Bütün bu məsrəflərdən sonra maasından geriyə az bir miqdar qaldıgını söyləmək də yerinə düşərdi.

Bəli, o bu cür yasamaga alısmısdı. Indi isə onu tək bir məsələ narahat edirdi: maasından daha az və yeganə qazancı olacaq pensiya ilə əvvəlki kimi yasaya biləcəkdimiı

Corc Manetti bankın müstərisinə çevriləndən və vaxtaşırı mister Payperin kassa pəncərəsi önündə peyda olandan sonra o, öz problemindən qurtulmagın ən uygun yolu kimi sui-qəsdə üstünlük verdi. Buna əsas verən başlıca səbəb isə Manettinin naqqal olmasıydı.

Bank dəftərlərində müstəri Manettinin tərəvəz ticarətində araçılıqla məşğul olduğu göstərilmisdi. Bir müddət sonra mister Payper Manettinin apardığı bank əməliyyatlarında aşkar bir qanunauygunluq oldugunun fərqinə varmışdı. Adətən cümə günləri günortadan sonra, yəni bankın baglanmasına az qalmıs hesabdan bes, on və ya on bes min dollar çəkən Manetti bazar ertələri səhər tezdən aldıgından daha böyük məbləği təkrar öz hesabına yatırırdı.

Günlərin bir günü Manetti ona:

- Cümə günü mənə təptəzə əskinaslar vermisdiniz, - dedi. - Onlar bir-birinə yapısdıgından mən oyunda yer pulunu lazım olduğundan çox qoymusdum.

- Deməli, siz kartçısınızı - deyə kassir baxıslarını bu iri cüssəlı, əsmər bənizli müstəriyə dikdi.

Manettinin üzünə xoş bir təbəssüm yayıldı:

- Formal yanassaq, bə­li, mister Payper. Amma kartçılar adətən əskinasların xısıltısına qulaq kəsilirlər, poker oynayanlar isə kartların xəfif pıçıltısını duymağa qadirdirlər. Şəxsən mən poker oynamaqla öz çörək pulumu çıxarıram.

- Mister Manetti, əgər siz gələcəkdə də bizim müstərimiz olmaq istəyırsinizsə, öz… işləkləriniz barədə belə yüksək səslə danısmağı sizə heç məsləhət görməzdim.

Əslində həmin andan etibarən Manettinin yaxası artıq mister Payperın "caynagına" keçmişdi.

- Haqlısınız. Bunu tamam unutmuşdum, - Qumarbaz safqəlbliliklə gülümsündü. - Təsəkkür edirəm, mister Payper. Heç kəsin aglına belə gəlməz ki, mən öz pullarımı sizin bankda saxlayıram. Çünki sirlərimi hamıdan gizli tutmagı uyğun bilirəm. Ən böyük sirlərimdən biri isə, mister Payper, özümü idarə edə bilməyimdir. Tərəfdaslarımın çoxusu oyun vaxtı içirlər. Mən isə… heç vaxt. Bankdan çıxıb, düppədüz evə gedirəm, oyun qabagı yatıb gözümün çimirini aldıgımdan digər oyunçular mürgüləyərək üçlüyü tuzdan ayırd edə bilmədiyi vaxt mən özümü əla hiss edirəm. Elə o arada mən onlara həlledici zərbəni endirirəm.

Manettini öldürmək niyyəti Payperdə əslində ona bəslədiyi paxıllıq hissindən dogmusdu. Mister Payperin gözləri önündəcə bu müstərinin var-dövləti durmadan artırdı. Əlinin altından özgələrinin pulları sel kimi axıb gedən Payper bankda otuz illik sədaqətli xidməti üçün cüzi miqdarda pensiyaya göz dikdiyi halda, bu cavan oglan heç bir əziyyətə qatlasmadan az vaxtda özünü əməlli-baslı tutmuşdu.

Manettinin bu qəribə ugurlarının daha nə qədər davam edəcəyi də mister Payperə maraqlı gəlirdi. Yəqin ki, onun daimi oyundaslarından birisi, əvvəl-axır özünün axmaq yerinə qoyuldugunun fərqinə vararaq, qaranlıq bir dalanda ona duzaq quracaqdı. O zaman həm Manetti, həm də ona umdugu səadəti bəxs etməyən pullar da ortadan qalxacaqdı. Yəni heç kəsə nəsib olmayacaqdı bu pullar, halbuki onlar mister Payperi dünya zənginlərindən birinə çevirməyə qadir idi. Aglına batan bu fikir onu heç cür rahat buraxmırdı. Digər tərəfdən isə, heç mister Payper özü də bu fikirdən qaçıb-qurtulmaq istəmirdi. Əksinə, axsamlar evdə, kreslosunda oturub, sodalı viski sümürdüyü zaman bu fikri daim cilalayır, içində bəsləyirdi. Əlinin altında nəqd on və ya on bes min dolları olsaydı, pensiyaya çıxdığı vaxt hər hansı bır qazanclı isə ortaq olar, bundan əldə etdiyi gəlirlə onun qaygısız həyatını təmin edərdi. Çünki illər boyu adət etdiyi bu gözəl və rahat həyat tərzini eynilə davam etdirməkdən savayı taledən bir umacağı yox idi.

Amma bu mayanı ələ gətirmək üçün ən əvvəl Manetti ilə hesabı çürütmək gərəkirdi. Hər hansı bir bəhanə uydurmaqla onun evinə istənilən vaxt baş çəkmək, həlledici zərbəni isə Manettinin hesabdan iri bir məbləğ götürdüyü gün endirmək daha uyğun olardı. Mister Payperin evdə kiçik bir tapançası var idi. Lüləsi bədənə tam dirənmiş silahın tətiyi basılarsa, atəş səsi, demək olar ki, eşidilməz olur.

Silahı isə sonra, bərədə gedərkən çaya tullamaq mümkün idi. Bu cinayətlə bağlı otuz ildən artıq "Nyu Amsterdam Trast Kompani" şirkətində çalışan, təmiz ad-san sahibi kimi tanınan bir bank məmurundan şübhələnmək isə heç kəsin ağlına gəlməzdi. Çünki belə ciddi bir bankda çalışan məmurun cinayətlə ən cüzi bağlılığı da bankın imicinə kölgə sala bilərdi. Yəni hər hansı bir tanınmaz-bilinməz qumarbazdan ötrü nəhəng bir şirkəti ləkələməkdən ehtiyatlanan polis idarəsi də bütün bunları dönə-dönə götür-qoy etməli olacaqdı. Müqəssirin tapılmayacağı təqdirdə cinayət işi sonradan bağlana da bilər. Məhz bu son variantın baş tutacağına isə mister Payper daha artıq ümid bağlayırdı.

Amma hər halda bu işdə bir qədər risk payı da vardı. Qurban kimi seçilmiş şəxsin evinə girəndə və ya oradan çıxanda şahidlər onu görə və daha sonra tanıya da bilərdilər. Bankda işləməyən qatil isə, aydındır ki, Manettinin bank xidmətlərindən istifadə etdiyini sübut edən çek dəftərini və digər sənədləri məhv edə bilməzdi. Belə çıxır ki, mister Payper bu yolla getməməlidir, çünki ölənin üstündə tapılmayan pul məbləğindən mister Payperin xəbərdar olduğunu polislər o dəqiqə öyrənəcəkdilər. Əgər ölənin üstündə onun bankla əməkdaşlığı haqda heç bir dəlil-sübut tapılmazsa, onda bu cinayətdə bank məmurunun əlinin olmasına şübhə də doğa bilməzdi.

İş bu məcraya yönələndə adi suallara soyuqqanlı cavab vermək daha vacib sayılacaq. Əgər o, özünün həmin axşam evdə qiraətlə məşğul olduğunu alibi kimi göstərəcəkdisə, onda elə bu yola baş vurmaq lazım gələcək.

Daha bir sual da öz cavabını gözləyirdi: bəs pulları neyləməliı Onların şəhər kənarındakı banklardan birinə yatırılması ən əlverişli variant olardı. Əlbəttə, bu məqsədlə seyfi əvvəlcədən kiralamaq lazım gələcəkdi. Əgər qəsd cümə günü axşamı baş tutarsa, o, pulları bazar ertəsindən öncə banka təslim edə bilməyəcəkdi. Amma məsələ burasındadır ki, bazar ertəsi səhəri o, həmişəki kimi öz iş yerində olmalıdır.

Bu məqam çox vacibdir, çünki bu həlledici detal bütün qalan şübhələrin məhz ona doğru yönəlməsinə əsas verərdi. Deməli, pulların hesaba yatırılmasını bir az ləngitmək lazım gələcək. Bəlkə də bir neçə günluyünə. Pulları evdə saxlamaq da təhlükəliydi. Bu yerdə mister Payperin ağlına gözlənilməz bir ideya gəldi: o, pulları özüylə geriyə, banka gətirib, digər pulların arasındaca gizlədə bilərdi. Orada onların izsiz-soraqsız yatacağına tam əminlik olardı. Təhlükə sovuşandan sonra isə bu məbləği o biri bankda açdıracağı seyfə yerləşdirərdi.

Qurduğu ssenariyə mister Payper özü də heyran qalmışdı! Azsaylı və qısa replikalardan qurulmuş çox bəsit bir oyun çıxmışdı ortaya. Artıq Manetti onun gözündə canlı varlıq olmaqdan çıxmışdı, mister Payper onu, özünün baş rolunu oynayarkən işlədəcəyi bir butafor əşyası kimi görürdü. Hətta bir anlığa, Payper: "Təəssüf ki, tamaşaçılar və alqışlar olmayacaq" deyə heyifsiləndi.

Bundan iki həftə sonra Manetti oz hesabından böyük məbləğdə pul götürdü. Onun mister Payperə uzatdığı çekdə iyirmi beş min rəqəmi göstərilmişdi. Mister Payper heyrət dolu gözlərini çekdən çəkə bilmirdi. Corc Manetti təbəssümlə:

- Amma mister Payper, mən bilən, hesabda haradasa iki yüzlük daha qalmalıdır, - dedi. - Məbləği, həmişəki kimi, əlli dollarlıqlarla verin.

- Mister Manetti, bundan ötrü mən... xəzinəyə getməli olacağam.

- Oyunda əlimin gətirməsini diləyin mənə, mister Payper, - deyən Manettinin üzünə şux bir təbəssüm yayıldı.

- Bu gün Uoll-stritin "əkə"lərindən biriylə masaya oturacağam. Kefin istəyən qumar gedəcək. Bu sayədə hesabımdakı məbləği iki qat artırmaq niyyətindəyəm.

     

Pul gətirmək üçün gedən Payper yolda öz-özünə:  "Onu artırıb-artırmayacağını hələ bilmək olmaz" deyə düşünürdü. "Bir də ki elə artırsan da, artırmasan da, bu çanaq sənin başında sınacaq. Sadəcə, bu səfər artıq əlli min dollardan ötrü. Səhərisi gün gəlib səni öldürülmüş və ya soğan kimi soyulmuş olaraq tapacaqlar. Yox, hər halda bununla hesabı günü bu gün, həm də oyundan əvvəl çürütmək lazımdır. O halda Manettidən qoparacağım məbləğ mənim güman etdiyimdən on min dollar artıq olacaq".

Mister Payper qurduğu tamaşanın sona yaxınlaşdığını anlayırdı: artıq pərdəni endirmək zamanı gəlib çatmışdı.

Axşam saat altı tamamda mister Payper əlcək taxdığı əlinin şəhadət barmağıyla Manettinin qapı zəngini çaldı.

Qapı cihazından Manettinin yarıyuxulu səsi gəldi:

- Kimdir yenə orda?

- Payperdir. Siz məni tanıyırsınız. Bankda işləyirəm. Bəlkə də narahat edirəm, amma sizi  mütləq görməliyəm.

- Hə... Payperı Bankdanı Nə əcəb sizdənı! Nə olub axı?

- Mənə elə gəlir ki, bu gün sizə bir qədər artıq pul vermişəm. Yuxarı qalxıb, bunu dəqiqləşdirə bilərəmmi? Hesabatda bir az əski­yim çıxdı, tərs kimi də bu günlərdə təftiş gözlənilir. Bazar ertəsi sabahdan etibarən bütün dəftər-darağımız yoxlanacaq.

- Əlbəttə olar, mister Payper. Yuxarı qalxa bilərsiniz. Qapı açıqdır.

Liftdən çıxan kimi mister Payper əlcəklərini çıxartdı. Önündən keçdiyi bütün digər qapıların ardından televizorların gurultusu - atəş səsləri, çığırtı və bağırtılar - aləmi başına götürmüşdu. Vestern filmi gedirdi. Bu cür xoşbəxt təsadüflə qarşılaşacağını mister Payper heç yatıb, yuxusunda da görə bilməzdi.

Manetti onu mənzilinin qapısında qarşıladı. Əynində gen pijama şalvarı və qısaqollu köynək var idi. Bir anlığa mister Payperin ürəyinə şübhə çökdü. Yəni belə iri cüssəli adamı kiçik bir qurşunla o biri dünyaya yollamaq olacaqdıı Hər halda, onunla əlbəyaxa dalaşmamaq üçün əldən iti tərpənmək lazım gələcəkdi.

Ev sahibi özünün gur səsi ilə onu qonaqpərvərliklə içəri dəvət elədi:

- Keçin içəri, mister Payper.

Özünü içəri dürtən Payper az qala yalvararaq:

- Mümkünsə, sakit danışın, mister Manetti, - dedi. - Ucadan danışmayın! Siz ki bankdakı qayda-qanunu yaxşı bilirsiniz. Bank məmurunun müştərinin evinə gəlməsi axı, yasaqdır.

- Doğrudanı Belə de! - deyərək qapını örtən Manetti qəh­qəhə çəkdi. - Hə, deyin görək nə olub axıı

- Belə görünür ki, mən sizə lazım olduğundan artıq bir minlik bağlaması vermişəm. Yəqin tələs-tələsdə olub. Yamanca əskiyim çıxıb.

- Bunu yoxlamaq su içmək kimi asandır, mister Payper. Bu saat bağlamaları təzədən sayıb, hər şeyi aydınlaşdırarıq.

…Mister Payperin evdən necə üsulluca sivişib çıxdığını heç kəs görmədi. Manettini o, arxadan vurduğu iki güllə ilə qətlə yetirdi. Əgər mister Payperin tapançanı arxadan ona söykədiyi zaman Manettidən çıxan heyrət doğurucu ıhıltı və televizorun hay-küyündə eşidilməz olan iki boğuq bağırtı nəzərə alınmazsa, hər şeyin yolunda getdiyini söyləmək olardı.

Evə döndüyü zaman Payper tapançanı və pulla dolu qəhvəyi rəngli torbanı sandıqda gizlətdi. Başı ağrıdan çatladığı üçün nə zaman və necə yuxuya getdiyindən heç xəbər də tutmadı. Yerində uzanaraq o, tutduğu əməlin heç bir vəchlə ört-basdır edilməyəcəyindən doğan daxili vəhşət və boşluq hissinə qalib gəlməyə çalışırdı. Və yalnız buna nail olandan sonra hafizəsi yerinə qayıtdı.

Deyəsən, o, heç nədə maymaqlığa yol verməmişdi. Manetti ilə hesabı çürütmək isə zənn etdiyindən daha asan olmuşdu, çünki o hərif arxasını dönən kimi mister Payper bir əl atəş açdı. Bu o qədər ani oldu ki, onun dünəndən bəri qurduğu qəliz ssenari­dən vaz keçməsində tərəddüdə yer qalmadı. İndi isə Nyu-Cersiyə gedən bərəyə minib, harada­sa çayın ortasına yaxın bir yerdə kağız torbadakı tapançanı çaya tullamaq qalırdı. Bunun ardınca isə bazar ertəsi səhər tezdən oğurluq pulları öz kassasında gizlətmək lazım gələcəkdi. O, parlaq bir qələbə qazan­mışdı! Bunun mükafatı olaraq isə öz gələcəyini təmin edəcək iyirmi beş min dollara yiyələnmişdi!

Bazar günü çıxan qəzetlərdə Manettinin olüm xəbəri çap olunmuşdu. Mister Payper yazını böyük diqqətlə oxudu. Mərhumun üstündə tapılmış çek dəftərinə görə onun cümə günü öz hesabından pul çəkdiyi məlum olsa da, həmin pulların haraya qeyb olma müəmması nədənsə heç kəsi maraqlandırmamışdı. Mister Payper təəccüblə çiyinlərini çəkdi. Ancaq indi hər şey ona əyan oldu. Sabah polislər sənəddəki məbləğin həqiqətən alınıb-alınmadığını dəqiqləşdirmək üçün banka tökülüşəcəkdilər. O isə hər şeyi onlara açıb deyəcəkdi. Əsl həqiqəti deyəcəkdi - işin bütün ləzzəti də elə bundadır. Xırda bir təfərrüatı çıxmaq şərtiylə, yəni - bütün həqiqəti!

Bazar günü qəzetlərində Manetti haqqında çıxan yazıdan bankda heç kəsin xəbəri yox idi. Mister Payper oğurladığı pulları ehmalca oz kassasında gizlətdi. O biri gün istintaq xidmətindən serjant Henderson səhər tezdən bankda peyda olandan bir neçə dəqiqə sonra mister Payper bankın şöbə müdiri mister Farnsuortun kabinetinə dəvət edildi. Hələlik çox cavan olmasına baxmayaraq, özünü son dərəcə dürüst bir adam kimi tanıdan bu adamın yaxın gələcəkdə bu şirkətin müdir yardımçısı təyin olunacağına heç kəs şübhə bəsləmirdi. Kollecdə oxuduğu zamanlar yoldaşları bu cavana kübar davranışlarından, ağıl-kamalından dolayı "Hersoq" ayaması taxmışdılar. Amma bununla belə, mister Payper onun otağına girəndə müdir heç yerindən qımıldanmadı da. Həmin anda müdirin üzündən gəmisi dəryada qərq olmuş birisinin ağrı-acıları oxunurdu.

O, yanında duran yekəpər kişini göstərərək dedi:

- Payper, bu, serjant Hendersondur. İstintaq xidmətindən. Deyilənlərə görə, bizim müştərilər­dən birisini qətlə yetiriblər!

Heç serjant Henderson da yerindən qalxmadı. Sadəcə başını tərpətməklə mister Payperlə salamlaşdı. Mister Payper özlüyündə düşündü ki, ya mənə verər Allah, ya da bunlara. Hendersonun üzündəki ifadədən bir şey kəsdirmək imkansız idi. Mister Payperin ovucları artıq tərləməyə başlamışdı. O, polisin dəlici nəzərləri altında özünü zərrəcə itirmədi, üzünü mister Farnsuorta tərəf tutdu. "Həqiqəti aç söylə, cəmi bircə dəfə yalan deyə bilərsən, onda hər şey ötüb keçəcək" deyə daxilən özünə ürək-dirək də verdi.

- Elədir, ser. Mən də bu xəbəri dünən­ki qəzetdə oxudum. Soyadına diqqət yetirincə, onun daimi müştərimiz Manetti olduğunu fərq etdim. Özum gəlib sizə bilgi verəcəkdim, ancaq siz məni qabaqladınız.

- Biz orada sizin bankın çek dəftərini tapmışıq, - deyə serjant Henderson söhbətə qoşuldu.

- Dəftərdəki qeydlərdən bəlli olur ki, hadisədən  əvvəl  Ma­net­ti öz  hesabından iyirmi beş min çəkibmiş. Amma pullar heç yerdə tapılmadı.

- Bəli, ser, - deyə mister Payper başı ilə bunu təsdiqlədi. - Həmin cümə günü günortadan sonra müştərimiz sözüedən məbləği əllilik əskinaslarla məndən almışdı. Hesabında isə haradasa yüz dollara yaxın pul saxlamışdı.

- Pulların seriyasını söyləyə bilərsinizı

- Yox, ser. Çünki mister Manetti tez-tez hesaba pul qoyur və götürürdü. Bir də nədənsə həmişə köhnə əskinaslara daha çox üstünlük verirdi. Adətən bu cür pulları beş yüz və min dollarlıq bağlamalar şəklində saxladığımızdan onların nömrələrini biz qeydə almırıq.

Serjant Henderson köksünü ötürüb:

- Hər halda cümə günü gün­düz sizin yanınızdan çıxdığı zaman onun üstündə iyirmi beş min dollar olduğu bizə məlum oldu" - dedi və mister Payperi süzdü. - Mənim bildiyimə görə, bu məsələ o gün təkcə sizə bəlli imiş.

Mister Payperin soyuqqanlı üzünə çaşqınlıq   ifadəsi də əlavə olundu: "Əcəb ilişdik!"

- Bəyəm bu, mənə bəlli olmaya bilərdi kiı Hətta mən onu da bilirdim ki, həmin gün bizim bir neçə müştərimiz bankdan böyük məbləğdə pul almışdı.

- Yaxşı, yaxşı, - deyə serjant onu sakitləşdirmək üçün əlini qaldırdı. - İnciməyin. Bütün mövcud faktları incələmək polisin vəzifə borcudur. Hə, bir də, cümə günü axşamı saat beşlə on arasında siz harada idiniz?

- Evdə. Kitab oxuyurdum, - deyə mister Payper qətiyyətlə cavab verdi.

- Bir dəqiqə, - deyib, mister Farnsuort da söhbətə qoşuldu. - Otuz ildən artıqdır ki, Payper bankda çalışır! Pensiyaya gedəndə ona yaxşı aylıq vəsait kəsiləcək. Əgər o tipin üzərində xeyli  pulun olduğunu təkcə Payper bilirdisə, onda belə çıxır ki, Payperin həmin axşam öz evində oturub kitab oxuması sizdə ancaq və ancaq şübhə doğurmalıdır, eləmiı! Əgər siz bu qətldə yalnız Payperdən şübhələnirsinizsə, onda onun hadisə yerində dəlil kimi çek dəftərini atıb getməsini nə ilə izah edirsinizı Sizin anlatdığınıza görə,  Manetti   qumarbaz imiş. Deməli, qatili də onun kimi haramzadaların arasında aramaq, məncə, daha məntiqli olardı!

Mister Farnsuortun polisə, istintaqın yanlış məcraya salınması barədə verdiyi bu "dərs" mister Payperin içini qürur hissiylə doldurdu.

- Təlaşlanmayın, mister Farnsuort, - deyə serjant Henderson bir az yumşaldı. - Mərhumun yaşadığı evin sakinlərindən heç kəs nə bir şey görüb, nə də eşidib. Olay yerində əlimizdə ipucu olacaq heç bir əl izi də buraxılmayıb. Yəqin ki, silah da tapılmayacaq. Əgər faktları açıqdan-açığa incələməyə qalxsaq, əlbəttə ki, mister Payperin bu qətli işləmə ehtimalı daha  ağlabatandır. Amma bu, onun əməli deyil, çünki otuz il bankda kassir işləyən bir adam belə bir iş tutmağa risk eləməz. Ona görə də bizim yalnız gözdə-qulaqda olmaqla, kimin isə əlli dollarlıqları sağa-sola xərcləyərkən yaxalanmasını gözləmək­dən başqa bir çarəmiz qalmır. - Yerindən qalxan Henderson mister Payperə üz tutdu: - Məlumat üçün təşəkkür edirəm, Unutmayın ki, xətrinizə toxunmaq kimi bir niyyətimiz yox idi.

- Ölənin bizim bankın müş­tə­ri­si olmasından qəzetçilərin xəbər tutmasını önləmək üçün bir şey edə bilərsinizmiı Əlbəttə ki, bundan ötrü sizlərə öz minnətdarlığımızı bildirməyin uyğun bir yolunu tapmaq şərtiylə.

- Uyğun bir yol tapacağınızı zənn etmirəm, - deyə Henderson soyuqqanlı cavab verdi. - İmkan dairəsində sizin bankın adını çəkməməyə çalışacağıq. Amma cani yaxalanarsa, Manettinin üstündə böyük məbləğdə pul olduğunu və deməli, adına bankda hesab olduğu­nu etiraf etməkdən başqa çarəmiz qalma­yacaq. Xudahafiz.

"Budur, hər şey nöqtələndi" deyə mister Payper qalib kimi düşündü. Bundan belə xəfiyyələr artıq Manettinin qumarbaz dostlarına girişəcəklər, bundan da bir şey çıxmayınca cinayət işini bağlayacaqlar ki, bu məqsədlə boşuna pul və vaxt sərf olunmasın.

Baxışlarını yerdən qaldıran mister Payper bu səfər masanın o biri başında oturan mister Farnsuortun baxışlarının məngənəsinə düşdü. O, sözünə belə başladı:

- İşlər fırıqdır, Payper. Hətta çox pisdir. Belə bir tipə bank hesabı açdığımız üçün başı­mız möhkəm ağrıya bilər.

Amma mister Payper heç də belə düşünmürdü:

- Mister Farnsuort, belə yağ­lı müştəridən vaz keçə bilməzdik, axı.

- Bu məqam çox da vacib deyil, Payper, çünki heç nəyi dəyişdirmir. Bu serjant ona rüşvət təklif etdiyimi açıb desə, onda nələr olacaqı

- Niyə bunu etsin axıı - deyə mister Payper inamla cavab verdi. Onun nikbinliyi lap kəllə-çarxa vurmuşdu. Hətta zənn edərdin ki, müdiri ilə müqayisədə, qətl işləmiş birisi kimi onu belə xırda məqamlar daha az narahat edirdi. - Bir də ki biz özümüz qara-qışqırıq salmasaq, heç kəs bir şey öyrənməyəcək.

- Özünüzü axmaq yerinə qoymayın, Payper! Siz də yaxşı bilirsiniz ki, mən bunu  rəhbər­likdən  gizlədə bilmərəm. Üstəlik, onun kimisinə niyə hesab açdığımızın səbəblərini  isə bir şəkildə əsaslandırmalıyam. Bütün bunlar isə mənim gələcək planlarımı yerlə-bir edə bilər! - deyə o, köks ötürdü.

- Qoy oturmuşuq, mister Farnsuort! Mənə elə gəlir ki, siz milçəkdən fil düzəltməkdə çox mahirsiniz.

Mister Farnsuort onu əsəbi şəkildə süzdü:

- Deməli, sizə belə gəlir, eləmiı Bəlkə sizin fikrinizə görə, müştəriləri cinayətə qurban gedən müdir müavinlərini banka rəhbər vəzifəyə təyin edirlərı! Ən pisi də odur ki, bu mərhum bizim sənədlərdə tərəvəz ticarətində araçı kimi göstərilir!

Mister Payper anlayırdı ki, indi mister Farnsuortu birtəhər sakitləşdirmək lazımdır, onun əsəbiliyi işlərə ancaq xələl gətirə bilər:

- Amma, mister Farnsuort, axı, müştərinizin həqiqi məşğuliyyətini siz haradan  biləydiniz, axıı!  Yuxarıdakılar üçün bu, əhəmiyyətsiz bir şeydir.

- Onlar üçün hər detalın əhəmiy­yəti var! - deyən mister Farnsuort bir də köks ötürdü. - Əksinə, düşünəcəklər ki, mən kimlərlə iş tutduğumdan xəbərsizəm. - Mister Farnsuort gözlərini qıydı.

- Deyəsən, siz bayaq dediniz ki, o həmişə sizin xidmətinizdən faydalanırdı, eləmiı Belə çıxır ki, o, məhz sizdə hər hansı şübhə doğurmurduı Hətta siz­dən ancaq sürtülmüş, köhnə əskinaslar istəsə belə?

Mister Payper beynini tam gücüylə işə saldı. Əgər müdir Manettinin müştəri kartını incələməyə qalxarsa, onunla bağlı əməliyyatlarda dəqiq bir qanunauyğunluq tapa bilərdi. Belə bir müştərinin kimliyinə ancaq maymaq bank məmuru məhəl qoymazdı, halbuki bank kassiri kimi o, müştəriylə bağlı yaranan şübhələrini öz müdiri ilə paylaşmalıydı. Həm də ki son otuz ildə bu bankın mənafelərinə nöqtə-vergülünə qədər uyan, onlara tabe olan bir bank məmuru!

- Payper! Mən sizə sual verdim! Onu cavablandırın!

Özünü qaşqabaqlı göstərən mister Payper dilə gəldi:

- Mister Farnsuort, etiraf etməliyəm ki, içimdə bəzi şübhələr baş qaldırmışdı. Manetti ara-sıra ağzından bəzi sözlər qaçırırdı. Buna rəğmən,  hesabındakı vəsait durmadan artdığından mən onu karlı müştəri hesab edirdim. Bank ondan mənfəət əldə edirdi, deməli, bir müdir kimi, mister Farnsuort, siz də ondan ancaq fayda görürdünüz. Əlbəttə, mənim daha ehtiyatlı olmam gərəkirdi. Amma indi qarşınızda and içməyə hazıram ki, mənim davranışlarım ancaq xoş niyyətlərdən qaynaqlanırdı.

Bütün bu sözlər mister Farnsuortu zərrə qədər də rəhmə gətirmədi. O, qəzəblə çımxırdı:

- Cəhənnəmə gedən yolun nə ilə döşəndiyi sizə bəllidir, ya yox?

Bu sözlər, mister Payperi lap özündən çıxartdı: "Deyəsən bu xəmir çox su aparacaq, axı! Daha bunun qabağından qaçmaq yetdi mənə!"

Odur ki, sakit tövrlə sözə başladı:

- Mister Farnsuort, məncə, artıq siz ölçü hissini itirməkdə və vəzifə yetkilərinizi aşmaqdasınız. Mən otuz ildən artıqdır ki, bu şirkətdə çalışıram. Özünüz də bayaq etiraf etdiniz ki, çox gözəl reputasiyam var. Bütün bu illər ərzində bircə dəfə də olsun töhmət almamışam. Əgər bu səfər töhmət alsam belə, məncə, bu cəzanı mənə siz yox, məni sizdən daha yaxşı tanıyan, daha yüksək səlahiyyət sahibləri verə bilər.

Mister Payper ürəyində: "Qoy bu burnu selikli uşaq öz həddini bilsin!" - deyə düşündü.

Amma bu "burnu selikli uşaq" mister Payperə daha da qəzəbləndi:

- Şübhəli müştərinin bank hesabı haqda rəhbərlikdən bilgi gizlətməklə siz, bağışlanmaz xətaya yol verməniz azmış kimi, indi qal­xıb gözəl reputasiyanız qarşılığı özünüzə bir yol da olsa, xəta etmə haqqı  tanıyırsınız?!

Bunu deyərkən mister Farnsuort irəli əyildi və uzun barmağı ilə mister Payperi hədələdi:

- Belə olduı! Onda mən də sizə bir müjdə verəcəyəm! Onsuz da itirəcəyim bir şey  yoxdur, bəlkə də bu başabəla müştəri ilə bağlı belə sərt tədbirə əl atdığım üçün rəhbərlikdən ancaq tərif eşidəcəyəm. Payper, sizin işinizə son verirəm!

Bu sözlərin ondan ötrü nə ifadə etdiyini hələlik anlamayan mister Payper:

- Buna sizin yetkiniz çatmaz! - deyə bağırdı. - Mənim reputasiyam...

Mister Farnsuort çımxırdı:

- Lənətə gəlsin sizin reputasiyanız! Demək, sizcə, buna yetkim çatmaz, hə? Ona hələ baxarıq! - deyib, qəzəbli baxışlarını mister Payperdən ayırmadan əlini telefonun dəstəyinə atdı və:

- Martinsonu çağırın… Allo! Martinsondurı Bu andan etibarən baş kassir sizsiniz. Payperdəki bütün nəqd pulu təcili ondan təhvil alın! - dedi.

Dilimizə çevirdi - Azad YAŞAR

facebook.com/azadyasharofficial

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb