Cəza: "Dnepr"-"Qarabağ" matçı azarkeşsiz keçəcək

17:56 | 25.09.2014
Cəza: "Dnepr"-"Qarabağ" matçı azarkeşsiz keçəcək

Cəza: "Dnepr"-"Qarabağ" matçı azarkeşsiz keçəcək

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubunu cəzalandırıb.

 

ANN.Az Qol.az-a istinadən xəbər verir ki, bu qərara Dnepropetrovsk təmsilçisinin azarkeşlərinin qaydalara zidd hərəkətləri səbəb olub.

 

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən "Dnepr" - "Kopenhagen" (Danimarka) matçında azarkeşlərin xuliqanlıq etməsi Ukrayna klubuna baha başa gəlib. UEFA "Dnepr" klubuna 50 min avro pul cəzası kəsməklə yanaşı, komandanı şərti olaraq iki il avrokuboklardan kənarlaşdırıb.

 

Bu hallar bir daha təkrarlanacağı təqdirdə UEFA-nın qərarı qüvvəyə minəcək. "Dnepr" eyni zamanda Avropa Liqasının qrup mərhələsinin növbəti - "Qarabağ"la ev matçını boş tribunalar qarşısında keçirməli olacaq.

 

Qeyd edək ki, "Dnepr" Avropa Liqasında növbəti ev oyununu məhz "Qarabağ"a qarşı keçirəcək. Kiyevdəki bu oyun oktyabrın 23-də baş tutacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb