CHP sədri Kamal Kılıcdaroğlunun avtomobili atəşə tutulub

16:42 | 25.08.2016
CHP sədri Kamal Kılıcdaroğlunun avtomobili atəşə tutulub

CHP sədri Kamal Kılıcdaroğlunun avtomobili atəşə tutulub

 Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanı atəşə tutulub. 

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə CHP liderinin də olduğu maşın karvanı Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Məlumata görə, CHP lideri təyyarə ilə Qarsa uçaraq, oradan Artvindək tədbirlərdə iştirak etməyə gedirmiş. Hadisə də həmin vaxt baş verib.

K.Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Artvin valisinə zəng edib, hadisə haqqında məlumat alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM