“Cihad gəlinləri” üçün davranış qaydaları

19:00 | 03.10.2015
“Cihad gəlinləri” üçün davranış qaydaları

“Cihad gəlinləri” üçün davranış qaydaları

Qadınların hansı şəraitdə "cihad”a qoşula bilmələri kimi incə məsələlərə aydınlıq gətirən traktat və ya davranış qaydaları Tvitter vasitəsilə paylaşılıb.

Özünü İslam Dövləti adlandıran təşkilatın qadınları da intihar bombaçıları ola bilərlərmi? Ola bilərlərsə, özlərini harda partlatmalıdırlar? "Cihad gəlinləri” hansı şəraitdə snayper tüfənginə və ya Kalaşnikov avtomatına əl ata bilərlər? Cihadçı arvadı olmağa hazırlaşan qızlar nə kimi toxuculuq və tikiş vərdişlərinə malik olmalıdırlar?

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, bütün bu kimi suallara İŞİD-ə rəğbətli Zora Fondunun bu həftə dərc etdiyi traktatda cavablar verilir.

Qadınların hansı şəraitdə "cihad”a qoşula bilmələri kimi incə məsələlərə aydınlıq gətirən traktat və ya davranış qaydaları Tvitter vasitəsilə paylaşılıb.

"Bu sənəd İslam Dövlətinin qadınların döyüşməsinə icazə verən rəsmi bəyannaməsi olmasa da, bu siyasəti tamamilə əks etdirir” – deyib AzadlıqRadiosuna Quilliam antiterror araşdırmaları mərkəzindən Charlie Winter.

Mücahidlərin xidmətində

Bu traktat Sheikh Abu Abdullah al-Mansur-dan qadınlara döyüşlərdə iştirak icazəsi verilib-verilmədiyini, "mücahidlərə” və ya "cihadçılara” necə xidmət göstərilməli olduğunusual edən bir səudiyyəli qadına cavab olaraq yazılıb.

Qaydalarda deyilir ki, hər bir qadın mücahidlərə "öz qabiliyyətlərinə görə” – "xəstələrə baxmaq, tikmək, bişirmək, pal-paltar yumaq və başqa vasitələrlə xidmət etməlidir”.

Döyüş meydanına çıxmaq kimi daha mürəkkəb məsələyə aydınlıq gətirən traktatda deyilir ki, qadınlara yalnız müdafiə qismində döyüşmək icazəsi verilir.

Başqa sözlərlə, qadınlar hücum əməliyyatı sayılan intihar bombalamasında iştirak edə bilməzlər. Hər hansı qadın üçün istisna, yalnız "əmir”in və ya sərkərdənin icazəsi ilə edilir.

Bununla belə, qadınlara özlərini müdafiə etmək üçün intiharçı kəməri taxmağa icazə verilir.

Onlar bu sayaq intihardan evlərinə basqın olunarkən istifadə edə bilərlər.

Qadınlara həmçinin "küffar”, yəni kafirlər xəstəxanaya və ya onların olduqları başqa ictimai yerlərə hücum edərkən özlərini partlatmaq icazəsi verilir.

Qadınlar, həddinizi bilin

Winter deyir ki, qaydalar İD-in qadın səfərbərlərinin statusunu birmənalı şəkildə müəyyən edir.

Əmirin xüsusi icazəsi olmadığı hallarda onlara hücum əməliyyatlarında iştirak etmək yasaqdır.

Bu cür qaydaların arxasında həm də qadınlarla kişilər arasında pərdəni saxlamaq niyyəti durur.

Məsələn, qadına "tamamilə kimsəsiz bir yerdə” snayper tüfənfgindən istifadə icazəsi verilir. Hətta bunun üçün də əmirin göstərişi lazımdır.

Qaydalarda deyilir ki, qadınlar "pozğunluğun baş verməməsi üçün ordu ilə qaynayıb-qarışa bilməzlər”.

Biş-düş, tikiş və silah

Qaydalarda qadınlardan kişi cihadçılara xidmətdə faydalı olacaq bacarıqlara – biş-düş, tikiş, silib-süpürmək və yığıb-yığışdırmaq qabiliyyətinə malik olmaq tələb edilir.

Qadınlar özlərini müdafiə məqsədilə silahları da öyrənə bilərlər.

Bundan başqa qadınlar intihar kəmərlərinin və əl qumbaralarının hazırlanmasını da bacarmalıdırlar.

Lakin belə təlimlər "məhrəm” şəxsin iştirakı ilə verilməlidir.

"Qadınların birlikdə, amma kişilərdən aralıda silah təlimi görmələrində problem yoxdur” – deyilir davranış qaydalarında.

Onlar həmçinin "imanlı qadının” nəzarəti altında idman vıə bədən tərbiyəsi ilə də məşğul ola bilərlər. Əlbəttə kişi gözlərindən iraqda…

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM