“Coca-Cola” haqqında hər şey

13:27 | 24.07.2014
“Coca-Cola” haqqında hər şey

“Coca-Cola” haqqında hər şey

Modern zamanda müharibələrlə ölkələr istila etmək tarixi metod sayılır.İndi iqtisadi istilalar daha aktualdır.Zatən bütün istilaların kökündə, iqtisadi maraqlar dayanır. Elə buna görə də günümüzdə ölkə başçıları hərbi tərəfdaşlıq və sülh müqavilələri bağlamaqdan ziyadə iqtisadi müqavilələr bağlamağa meyllidirlər.Davosa biznes adamlarından çox ölkə rəhbərləri qatılırlar. İri çaplı silahların, tankların, avtomatların yerinə brendlər, ticari markalar ölkələri zəbt edirlər. Nəhəng transmilli şirkətlər öz məhsullarını dünyanın çeşidli ölkələrində yayır, yerləşdikləri ölkələrin sərvətlərini kapital formasında öz ölkələrinə daşıyırlar.Brendlər-günümüzün mifik obrazlarıİqtisadi nəhənglərlə mübarizə aparmaqda, onlarla rəqabətdə davam gətirməyə qabil olmayan kiçik ölkələrin, şirkətlərin əlacı isə yalnızca bu nəhənglərin qaranlıq, ictimaiyyətə gizli saxlanılan tərəflərini faş eləmək qalır.Bəzən isə bu cür antireklam informasiyaları o qədər uydurma olur ki, hansının həqiqət, hansının əfasənə olduğunu unudursan. Əfsanələr isə bu nəhəngləri gözdən salmaqdan çox onların xeyrinə işləyir, onları nəzərlərimizdə daha da böyüdür, mifik obrazlara çevirir.Buşmenlər də içir, yapon mühəndisləri də“Coca-cola” dünyanın ən nəhəng brendidir. Bu içkiyə susuz Afrika çöllərindən tutmuş, böyük meqalopolislərə qədər dünyanın hər yerində rastlamaq olar.Bu içkinin istehsalıçısı “The Coca Cola Company” isə dünyanın ən böyük transmilli şirkətlərindən biridir.Müxtəlif xəstəliklərin törədicisi, tərkibinin müəmmalı olması, narkotik qarışıqlı olması, İsrail hərbi büdcəsinə yardım etməsi, islama qarşı olması kimi haqqında bu qədər anti-reklam kampaniyalarının aparılmasına baxmayaraq “Coca-Cola” ən çox içilən alkoloqsuz içki sayılır.Dünya əhalisinin hər biri ömründə heç olmaya bir dəfə bu içkidən dadıb.Koka yarpağında təsəlliAmerika əczaçısı Con Stit Pemberton Vətəndaş müharibəsi veteranı idi. 1865-ci ildə döyüşlərdən birində yaralanan Pemberton ağrılarını azaltmaq üçün o dövrdə müharibə veteranları arasında geniş yayılmış bir üsuldan-morfidən istifadə edirdi.Pemberton bir gün tərkibində uyuşdurucu maddə olan və günümüzdə məşhur narkotik maddə kokainin hazırlanmasında istifadə olunan koka bitkisindən istifadə edərək özünün “Mariani” şərabını hazırlayır. O vaxt içkilərin tərkibinə koka bitkisi əlavə etmək geniş yayılmışdı.Tərkibində koka yarpağının şirəsi olan bu şərabı Aleksandr Düma, Anatol Frans, Henrix İbsen, Jül Vern kimi yazıçılar sevə-sevə qəbul edirdilər.Pamperton düzəldiyi “Mariani”nin tərkibinə kola adlı tropik bitkinin ləpələrindən alınmış şirə də qatırdı.Mühasib əlüstü ad tapdı1885-ci ildə Corciya ştatında alkoqollu içkilərə qadağa tətbiq ediləndə Pamperton içkinin tərkibindən alkoqolu ləğv etməyə məcbur olur. Nəticədə şəkərli, qazlı içki yaranır.Yeni yaranan içkiyə Pampertonun mühasibi Meyson Robinson Coca Cola adını verir. Bu kəlmə içkinin əsasını təşkil edən iki əsas maddənin adlarından ibarət idi; koka və kola bitkiləri.Həvəskar xəttat olan mühasib içkinin adını nəfis şəkildə yazır. Onun “Coca-Cola”üçün tərtib etdiyi kalliqrafik loqotip içkinin üzərində hələ də əks olunur.Fanta, sprite, burn, nestea1888-ci ildə Pamperton içkinin istehlsal hüquqlarını Ase Qriqsu Kendler adlı biznesmənə satır. 1893-cü ildə isə “The “Coca Cola”Company” şirkəti təsis olunur.Hazırda dünyanın 209 ölkəsində kompaniyanın istehsalat müəssisələri var. Kompaniya əsas ticari markası “Coca Cola”ilə yanaşı Fanta, Sprite, Burn, Nestea və başqa içkilərin satışı ilə məşğuldur. Əsas istehsal məhsulları arasında, siroplar, içki qatqıları da mövcuddur. Şirkətin istehsal etdiyi məhsullarının ümumi sayı isə 500-dən çoxdur.Dünyanın ən nəhəng brendinin 2009-cu ildə gəliri 30 milyard dollar təşkil etmişdi.Formul 24 saat mühafizə olunurİçki haqqında irəli sürülən fikirlərdən ən ciddisi onun formulunun gizli saxlanılması haqqındadır. Məhsulun tərkibi qabı üzərində yazılsa da, formul gizli saxlanılır.İçkinin ilkin tərkibi ilə hazırkı tərkibi arasında kəskin fərqlər vardır, onun tərkibindən bir çox maddələr çıxarılmış yeniləri əlavə edilmişdir.İçkinin orijinal formulu Atlantida yerləşən SunTrust Bankda qorunur. Kompaniyanın yalnız iki rəhbərinin formul olan bunkerə girmək icazəsi var, onların hər biri formulun tərkibinin yarısını bilir.Məşhur əfsanəyə görə bu rəhbərlərin ikisinin də eyni zamanda təyyarə, qatar və bu kimi təhlükəli məkanlarda bulunmasına icazə verilmir.Onu qeyd edək ki, içki yeni icad olunanda birinici il zərərlə işləmişdi. Kompaniya ABŞ-da yalnız əsrin əvvəlllərində ün qazanmağa başladı.Zəncilər “Coca-Cola”içib ağlara hücum edirdilərCoca-colaya qarşı mənfi münasibət müsəlman cəmiyyətlərində daha geniş yayılmışdır. Yeri gəldikcə bu iddiaları səsləndirəcəyik. Amma İkinci Dünya Müharbəsindən sonra Amerika həyat tərzinin simvoluna çevrilmiş bu içkiyə neqativ münasibət təkcə müsəlman və Amerika əleyhdarı ölkələrdə mövcud deyil.XIX əsrin sonlarında dünyada kokainə qarşı olan münasibət dəyişdikdə Coca-Colaya təzyiqlər artdı. 1903-cü ildə “Nyu-York Tayms” qəzetində dərc olunan bir məqalədə iddia olunurdu ki, şəhər xarabalıqlarında yaşayan zəncilər məhz tərkibində kokain olan Coca-Colanı içdiklərinə görə ağ adamlara hücum edirlər. Bundan sonra coca-colanın tərkibindən koka bitkisi çıxarıldı.İçdiyimiz Coca-Colanın adında “koka” kəlməsi olsa da, tərkibində kokain yoxdur.Məhəmməd peyğəmbərin adı yazılıbİddialardan biri loqotipdə “güzgü əksi”nin olmasıdır. Coca Cola yazılışı güzgüdə ərəbcə “Lə Muhəmməd, Lə Məkkə” (Nə Məhəmməd, nə Məkkə) oxunur. Bu fikrin iddiaçıları belə söyləyirlər ki, yəhudilər müsəlman aləmini məhv etmək üçün bu içkini yaradıblar.XIX əsrdə yəhudilərin Məkkə adlı problemləri yox idi, onların indi də Məkkə şəhərinə heç bir iddiaları yoxdur. Yəhudilərin Tövratdan gəlmə, iki min illik Qüds arzuları var.Digər tərəfdən bu loqotip hazırlanan vaxtı nə içkinin yaradıcısı Pamperton, nə də mühasibi onun dünyaya yayılacağını ağıllarına gətirmirdilər.Coca Cola fələstinlilərə qarşı? İkinci iddia isə Coca-Colanın gəlirlərinin bir hissəsinin İsrail ordusuna xərcləmisidir. Şirkət rəsmi şəkildə bu iddianı inkar edir. Fələstində şirkətin müəssisəsinin fəaliyyət göstərdiyini, bu müəssisədə minə yaxın fələstinli ailənin çalışdığını bildirir. Kompaniyanın ərəb ölkələrində ümumilikdə 58-dən çox müəssisəsi fəaliyyət göstərir.Böcəkləri əzib şirəsini... Başqa bir iddia isə coca-colanın tərkibində koşenil yastıcası böcəyindən alınan qida rəngləndiricinin olmasıdır. Qida sənayəsində bu rəngləndirici hazırda süni üsulla alınan qatqı karmin adlanır və E-120 kimi tanınır. Bu qatqı istifadə etdiyimiz bir çox qidaların tərkibində mövcuddur.2009-cu ildə Türkiyədə mövcud olan və rəhbəri Müəmmər Qarabuludun olduğu Müqəddəs Nikolay Fondu Coca-Colanın tərkibində koşenil böcəyindən alınan qatqının olduğunu bildirmiş və şirkəti məhkəməyə verərək tərkibini açıqlamasını tələb etmişdi. Müəmmər Qarabulud “Kolanın sirri və sidik” adlı əsəri ilə də məşhurdur.Bildiyimiz kimi islamda və yəhudilikdə həşəratların yeyilməsi (çəyirtkə istisna təşkil edir) haram sayılır.Koşenil böcəyindən ta qədimlərdən rəngləndirici maddə kimi xalçaçılıqda və başqa sahələrdə istifadə olunub. Onun bir növü Ermənistan koşenili adlanır. Xalq arasında həşərat “qırmızı böcək”, “palıd cücüsü” kimi tanınır.Müftilər fətva verdilərYeyinti sənayesində koşenildən karmin alınması əlverişli olmadığı üçün daha çox süni yolla alınmış rəngləndiricilərdən istifadə olunur.Coca-Colanın soxulcan, daha başqa böcəklərin sıxılması ilə alınan içki olması kimi əfasənənin kökündə əslində koşenil tərkibli rəngləndiricinin istifadəsi durur. Lakin məlum məhkəmədən sonra şirkət rəsmiləri bu iddianı rədd etdilər. Onlar bildirdilər ki, içkiyə rəng verən tərkibindəki karameldir.Bir sıra müsəlman ölkələrinin dini rəhbərləri isə coca-colanın halal olması barədə fətva verdilər.Coca-colanın başında bir türkŞirkətin hazırkı icraçı direktoru Muxtar Kent adlı türkdür. Onun atası Necdet Kent isə “Türk Oskar Şindler” ləqəbi ilə tanınır. İkinci Dünya müharibəsi zamanı-Fransada türk konsulu olan atası 70-80 yəhudini faşistlərin cənglərindən xilas etdiyi üçün bu adı alıb. Ola bilsin ki, Muxtar Kentin Coca-Colanın başına gəlməsində bacarığından başqa yəhudilərin minnətdarlıq hisslərinin də önəmi olmuşdur.Unitazı təmizləyirCoka-Cola təkcə sərinləşdirici içki kimi deyil, təmizləyici vasitə kimi də bir çox xüsusiyyətlərə malikdir. Coca Cola ilə çaynikin ərpini və ya unitazı asanlıqla təmizləyə bilərsiniz. Pas atmış vintin üzərinə Coca Cola tökməklə onu asanlıqla açmaq olar. 2009-cu ildə may ayının 9-da isə Qazaxıstanın Uralısk şəhərinin Qələbə meydanını koka-kola ilə yuyub təmizləmişdilər.Dişləri əridirCoca-Colanın mükəmməl bir təmizləyici vasitə olması sizi qorxutmasın. Onun insan orqanizminə mənfi təsirləri barədə kifayət qədər məlumat olsa da, bu fikirlər tibb tərəfindən rəsmi təsdiqini tapmayıb.Coca-Colanın bir stəkanının tərkibində 6 çay qaşığı şəkər olur. Təbii ki, bu içki şəkər xəstələri üçün zərərli sayıla bilər.Onun tərkibindəki fosfat turşusu da çox qəbul edildikdə sümüklərdən kalsiumun yuyulması, böyrək daşları kimi bir çox fəsadların törəməsinə gətirib çıxara bilər.Fosfat turşusu dişlərə də zərərdir. Discovery kanalının məşhur verilişi “Mif dağıdanlar”da içində kola olan qabda dişin əridiyini sübut etmişdilər. Amma tərkibində Koladan daha çox turşuluq olan limonun qədərindən artıq qəbulu da dişlərə zərərdi.Verilişin başqa araşdırmasında isə Kolanın mədəni əritməsi faktının yalan olduğunu üzə çıxarılmışdı.Süd daha təbiidir, ya Coca Cola? Zaman-zaman bir çox qida istehsalçıları tamahları ucbatından və ya məhsul istehsalını asanlaşdırmaq, daha az xərc çəkmək üçün asan və zərərli olan metodlara əl atmışlar. Bu yollardan Coca-Colanın da faydalanması istisna deyil. Buna görə dəfələrlə bəzi dövlətlərdə ona qadağalar tətbiq olunub.Coca Cola təbii içki deyil. Kimyəvi tərkiblidir. Amma qəbul etdiyimiz qidaların nə qədəri təbii yolla hazırlanır? Südünü içdiyimiz inəklərə belə süni qidalar verilir, məhsuldarlıqlarını artırmaq üçün onlarda gen dəyişiklikləri aparılır. Qidalarımızın nə qədəri tam zərərsiz, təbiidir ki, coca-coladan da bu təbiiliyi tələb edək?

Belə nəticəyə gəlmək olar ki, qədərində istifadə etdikcə coca-colanın insan orqanizminə zərəri toxunmaz. Məgər qədərindən artıq istifadə etdikdə su da zərərli deyilmi? (Kulis.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM