Con Kerri ATƏT xarici işlər nazirlərinin iclasından imtina etdi

11:59 | 23.11.2013
Con Kerri ATƏT xarici işlər nazirlərinin iclasından imtina etdi

Con Kerri ATƏT xarici işlər nazirlərinin iclasından imtina etdi

ABŞ dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da Kiyevdə keçiriləcək iclasına qatılmayacaq. APA-nın xəbərinə görə, ABŞ nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland rəhbərlik edəcək. Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib ki, C. Kerrinin bu qərarı onun iş qrafiki ilə bağlıdır. Qərarın Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasından imtina etməsi ilə əlaqəli olub-olmadığı haqda jurnalistlərin sualına cavabında C. Psaki bunu nə təsdiq, nə də təkzib edib. O, Ukraynanın bu qərarından məyus olduqlarını xatırlatmaqla kifayətlənib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb