Con Kerri qlobal iqlim dəyişikliyi ilə bağlı razılaşmanı nəvəsi qucağında imzaladı

13:59 | 23.04.2016
Con Kerri qlobal iqlim dəyişikliyi ilə bağlı razılaşmanı nəvəsi qucağında imzaladı

Con Kerri qlobal iqlim dəyişikliyi ilə bağlı razılaşmanı nəvəsi qucağında imzaladı

ABŞ dövlət katibi Con Kerri BMT-nin baş qərargahında qlobal iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını nəvəsi qucağında imzalayıb.
 
APA-nın məlumatına görə, sənədi imzaladıqdan sonra o nəvəsini öpüb. Daha sonra BMT baş katibi Pan Gi Munla birlikdə xatirə fotosu çəkdirib.
 
Sənədi BMT-yə üzv olan 175 ölkə imzalayıb. Sənədi imzalayanlar arasında Azərbaycan da var.
 
Razılaşma 55 ölkənin ratifikasiya etməsindən 30 gün sonra qüvvəyə minəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM