”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvənd bu tarixdə gətiriləcək - TƏBİB

13:37 | 25.01.2021
”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvənd bu tarixdə gətiriləcək - TƏBİB

”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvənd bu tarixdə gətiriləcək - TƏBİB

”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndin ilkin mərhələdə aprel ayında gətirilməsi gözlənilir.

Bu barədə TƏBİB-dən bildirilib. Məlumata əsasən, proqram çərçivəsində hansı peyvənd namizədin seçiləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd olunub ki, ölkəmiz ötən ilin sonlarından "COVAX” platforması çərçivəsində danışıqlara başlayıb: "Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycana da gətirilməsi nəzərdə tutulub. Artıq ölkəmiz də daxil olmaqla, 50-ə yaxın dövlətin vaksinlərin əldə edilməsi məqsədilə platformada iştirakı təsdiqlənib və bu istiqamətdə danışıqlar davam edir”,-deyə məlumatda bildirilib.   
 
Qeyd edək ki, ÜST "COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb. "COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq. Bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb. APA
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb