COVID-19 testi pozitiv çıxan şəxslərin vaksin olunması müddəti azaldılıb-RƏSMİ

17:25 | 08.09.2021
COVID-19 testi pozitiv çıxan şəxslərin vaksin olunması müddəti azaldılıb-RƏSMİ

COVID-19 testi pozitiv çıxan şəxslərin vaksin olunması müddəti azaldılıb-RƏSMİ

Koronavirusa yoluxmuş xəstələrin vaksinasiya müddəti 2021-ci il sentyabrın 8-dən etibarən 6 aydan 5 aya endirilib. Yəni koronavirusa yoluxan şəxslər əvvəl 6 ay tamamında  vaksin vururdularsa indi  bu müddət 5 aya enib. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı  birgə qərarda bildirilir. 
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, buna səbəb isə vaksin olunma ilə bağlı kütləvi müraciətlər olub.
 
Bunun üçün həmin şəxslər  randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn  növbə götürülməlidir.

"İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. İmmunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.
 
Samirə Əli

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM