Wikileaks-in qurucusu Julian Assanc Google şirkətinin, istifadəçilərin şəxsi məlumatlarını beynəlxalq kəşfiyyat orqanları ilə paylaşdığını iddia edib.
Son iki ilini Ekvadorun London Səfirliyində keçirən Assanc ingilis media orqanı BBC-yə verdiyi müsahibəsində, “Google insanların məlumatlarını qanuni şəkildə bir yerə toplayır, təsnif edir və qruplar üzərindən kredit profillər yaradır. Sonra da bunları reklam verənlərə və digərlərinə satır. Eyni prosesi beynəlxalq kəşfiyyat orqanları üçün də edir” deyə bildirib.
ABŞ-la Google arasında kəşfiyyat anlaşması olduğunu bildirən Assanc, Google bu işlərə 2009-cu ildən aktiv şəkildə qoşulduğunu bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !