DÇ: İngiltərənin başına gələn İtaliyanın da başına gəldi

23:53 | 24.06.2014
DÇ: İngiltərənin başına gələn İtaliyanın da başına gəldi

DÇ: İngiltərənin başına gələn İtaliyanın da başına gəldi

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha 4 qarşılaşma baş tutacaq.

İlk öncə D qrupunun iki oyunu keçirilib. Artıq 1/8 finalda oynamaq hüququ əldə edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Görüş 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.

Qrupunda digər oyununda isə İtaliya və Uruqvay yığmaları qarşılaşacaq. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün İtaliyanı bir xal da təmin etməli, Uruqvay isə mütləq qələbə qazanmalı idi. Matçda Uruqvay 1:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.

Gecə saatlarında C qrupunun oyunlarına start veriləcək. 1/8 finala yüksəlmək şanslarını saxlayan Yunanıstan və Fil Dişi Sahili yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. 1/8 finala yüksəlmək üçün bu görüşdə Afrika təmsilçisini 1 xal qane etdiyi halda, Yunanıstan millisi mütləq qələbə qazanmalıdır.  

Digər oyunda Yaponiya Kolumbiya millisi ilə qarşılaşacaq. Artıq 1/8 finala vəsiqəni təmin edən Kolumbiya yığması üçün bu görüş formal xarakter daşıyacaq. Lakin mundialda mübarizəni davam etdirmək üçün bu oyunda Yaponiya millisini yalnız 3 xal qane edəcək. Fil Dişi Sahili yığması Yunanıstanla matçda 1 xal qazanacağı təqdirdə Yaponiya milisinin 1/8 finala çıxmaq şansı qalmayacaq. Hər iki komandanın 4 xalı olarsa, şəxsi görüşdə Afrika ölkəsinə uduzan yaponlar mundialda mübarizəni dayandıracaqlar.

24 İyun

 

D qrupu

21:00. Kosta-Rika - İngiltərə - 0:0

21:00. İtaliya - Uruqvay - 0:1 

Qol: Dieqo Qodin, 81 (0:1)

Qırmızı vərəqə: Markisio, 60 (İtaliya)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb