Daha 150 milyon dollar satışa çıxarıldı

12:50 | 14.09.2016
Daha 150 milyon dollar satışa çıxarıldı

Daha 150 milyon dollar satışa çıxarıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 mln. ABŞ dolları çıxarılıb. 

Bu barədə "Report"a bank dairələrindən məlumat verilib. Mənbəyə görə, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.

Xatırladaq ki, Qurban bayramından əvvəl Dövlət Neft Fondu və Mərkəzi Bank bankların valyuta tələbini ödəmək üçün bazara 300 milyon dollardan artıq vəsait çıxarmışdı. Bundan sonar dolların məzənnəsi manata nisbətən sabitləşırək "qara bazar”da 1.68 manata düşüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb