Daha bir azərbaycanlı Suriyada öldürüldü - FOTO

15:17 | 23.01.2014
Daha bir azərbaycanlı Suriyada öldürüldü - FOTO

Daha bir azərbaycanlı Suriyada öldürüldü - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü olan azərbaycanlı Suriyada qətlə yetirilib. APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Mahmud Beyzayi (Hüseyn Nüsrəti) İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərindəndir. 26 yaşlı gəncin Suriya prezidenti Bəşər Əsəd hökumətinə dəstək vermək məqsədilə bu ölkəyə göndərildiyi, ancaq müxaliflərlə döyüşdə öldürüldüyü bildirilir. İranın “Səhər” telekanalı M.Beyzayinin Suriyada Həzrəti Zeynəbin (ə) müqəddəs ziyarətgahı uğrunda gedən döyüşlərdə həlak olduğunu açıqlayıb. Onun ailəsi Təbrizdə yaşayır və bir yaşlı qızı var. M. Beyzayinin cənazəsi yanvarın 22-də Təbrizə gətirilərək dəfn edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM