Daha bir bank zərərdən çıxa bilmədiyini açıqladı

00:09 | 01.02.2018
Daha bir bank zərərdən çıxa bilmədiyini açıqladı

Daha bir bank zərərdən çıxa bilmədiyini açıqladı

"Muğan Bank” 2017-ci ili 6 milyon 341 min manat xalis zərərlə başa vurub.
 
Bankın maliyyə hesabatına görə, bu, 2016-cı illə müqayisədə 54,7% azdır. Belə ki, "Muğan Bank" 2016-cı ili 14 milyon manat zərər ilə bağlamışdı.
 
Ötən il "Muğan Bank”ın faiz gəlirləri 42 milyon 812 min manat, faiz xərcləri 16 milyon 193 min manat, qeyri-faiz gəlirləri 10 milyon 897 min manat, qeyri-faiz xərcləri 24 milyon 844 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 19 milyon 13 min manat təşkil edib.
 
Bu il yanvarın 1-nə "Muğan Bank”ın aktivləri 480 milyon 177 min manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349 milyon 71 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.
 
Hesabat dövründə "Muğan Bank”ın öhdəlikləri 0,9% artaraq 411,16 milyon manat olub. Bunun 201 milyon 754 min manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 5% böyüyüb.
 
İl ərzində "Muğan Bank”ın balans kapitalı 9,1% artaraq 69 milyon 17 milyon manata, nizamnamə kapitalı isə 13,3% artaraq 85 milyon manata çatıb.
 
"Muğan Bank” ötən ilin sonunda 80 milyon 237 min manat məcmu kapitala malik olub.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb