V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Kazımovun iki müxtəlif dairədən namizədliyini irəli sürməsiylə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
"Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, Seçkilər İnformasiya Mərkəzində qeyd olunmuş məlumatlarda S. Kazımov 67 saylı dairədən namizəd kimi imtina edib. O, imza vərəqələrini 69 saylı dairəyə təqdim etsə də, namizədliyi hələ ki, qeydə alınmayıb.
Sözügedən dairədən YAP-ın namizədi isə Sadığov Etibar Sadıq oğludur. O, Cəlilabad Peşə Mərkəzinin direktorudur.
Qeyd edək ki, deputat oğlu AMEA-da hüquq müfəttişi vəzifəsində çalışır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !