Daha bir ölkə kriptovalyutaların istifadəsinə icazə verdi

18:30 | 14.09.2021
Daha bir ölkə kriptovalyutaların istifadəsinə icazə verdi

Daha bir ölkə kriptovalyutaların istifadəsinə icazə verdi

Laos hökuməti ölkə ərazisində kriptovalyutaların hasilatı və ticarətinə icazə verib.

Rəqəmsal pulların tətbiqi sınaq xarakteri daşıyır və yalnız altı şirkəti əhatə edir.

Bunlardan dördü tikinti şirkəti, digərləri isə JDB dövlət bankı və IT-şirkətidir.  

Hazırda Laosda kriptovalyutaların tətbiqi qaydalarının hazırlanması üzərində iş gedir. Sənədin sentyabrın 16-17-də müzakirəyə çıxarılacağı bildirilir.

Bir müddət öncə, Salvador hakimiyyəti ölkədə kriptovalyutaları tam olaraq leqallaşdırıb.

Mənbə: "Laotian Times”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb