Daha bir namizəd imza kampaniyasını başa çatdırır

11:48 | 27.02.2018
Daha bir namizəd imza kampaniyasını başa çatdırır

Daha bir namizəd imza kampaniyasını başa çatdırır

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülən Zahid Orucun xeyrinə toplanan imzalar artıq başa çatmaq üzrədir.

Axar.az xəbər verir ki, millət vəkilinin seçki qərargahı Mərkəzi Seçki Komissiyasının14 fevral tarixli qərarına uyğun olaraq, iddiaçıların müraciətlərinə müsbət qərar verildikdən bir gün sonra imza vərəqlərinin götürüldüyünü və konkret ərazi bölgüsü, məsul şəxslər, dəqiq fəaliyyət qrafiki əsasında imzların toplanmasına başlanıldığını bildirib.

Seçki Qərargahından verilən məlumata əsasən, bu işdə siyasi həmfikirlər, tərəfdarlar və yaxın platformaya malik olan qüvvələr, həmçinin könüllülər yaxından iştirak ediblər:

"70 dairə üzrə 40 mindən artıq imzanın toplanması zamanı millət vəkili Zahid Orucu tanıyan, onun parlament fəaliyyətini yaxından izləyən insanların çoxlu rəy, təklif və sorğuları da nümayəndələrimiz tərəfindən ətraflı qeydə alınıb və gələcək planların tərtibi zamanı onlardan faydalanmaq nəzərdə tutulur. Eyni zamanda, seçki mübarizəsinin çirkli kampaniyalar səviyyəsində deyil, daha çox ideyaların mübarizəsi və xalqın ümdə problemlərinin müzakirəsi formasında keçirilməsinə dair seçicilərin arzu və istəklərinin üstünlük təşkil etdiyini də xüsusi vurğulamaq lazımdır.

Zahid Orucun xeyrinə toplanan imzaların artıq başa çatmaqda olduğunu nəzərə alaraq, Seçki Qərargahı yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək”, - millət vəkilinin seçki qərargahından bildirilib.

Qeyd edək ki, MSK prezident seçkilərinə 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız YAP irəli sürdüyü namizəd üçün imzatoplama kampaniyasını başa çatdırıb və sənədlər MSK-ya təqdim edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti