Daha üç kəndə qaz verildi

23:15 | 04.09.2015
Daha üç kəndə qaz verildi

Daha üç kəndə qaz verildi

Ağdaş rayonunun daha üç kəndinə təbii qaz verilib.

SOCAR-dan ANN.Az-a verilən məlumata görə, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq sentyabırın 4-də Ağdaş rayonunun Türyançay, Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 67 abonenti olan Türyançay kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7167 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə 267 abonenti olan Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndilərinin qazlaşdırılması zamanı isə 22 kilometrə yaxın qaz xətləri quraşdırılıb, abonentlər qaz sayğacı və fərdi tənzimləyicilərlə təchiz edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM