Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib

19:14 | 28.07.2016
Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib

Dağıstan rəhbəri Dərbənd-Bakı qatarının işə salınmasını təklif edib

Dağıstanın rəhbəri Ramazan Abdullatipov Dərbənd-Bakı dəmir yolu qatarının istismara verilməsini təklif edib.
 
"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, muxtariyyət rəhbəri bu təkliflə Şimali Qafqaz dəmir yolunun rəisi Vladimir Pyastolovla görüşündə çıxış edib.
 
"Dəmir yolu infrastrukturunun və Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinin tikintisinə başlamaq lazımdır. Bundan başqa, mən Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının işə salınması təklif edirəm", - deyə o bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM