Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri intihar edib

15:47 | 25.01.2017
Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri intihar edib

Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri intihar edib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.
Xəbərdə bildirilib ki, hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb