Dante İŞİD-ın hədəfində - Fotolar

22:21 | 16.07.2015
Dante İŞİD-ın hədəfində - Fotolar

Dante İŞİD-ın hədəfində - Fotolar

İtalyan şairi, italyan ədəbi dilinin banisi Dante Aliqyerinin məzarı İŞİD terrorçularının hücumundan mühafizə olunacaq.

ANS PRESS-in məlumatına görə, terror təşkilatının məşhur ədəbiyyatçının məzarını məhv edəcəyi iddia olunur. İtalyan mətbuatının iddiasına görə, İtaliya Daxili İşlər Nazirliyi hücum riski ola biləcək yerlərin siyahısını yeniləyərək yerli rəhbərliklərə və təhlükəsizlik xidmətlərinə göndərib.

Bu siyahıda 1321-ci ildə İtaliyananın Ravenna vilayətində ölən Dantenin məzarı da var. İtalyan mətbuatı Dantenin şah əsəri olan "İlahi Komediya"da Məhəmməd (s.ə.s) Peyğəmbəri təsvir etməsi səbəbiylə müsəlmanların qəzəbinə tuş gəldiyi və buna görə hədəf olaraq seçilə biləcəyini yazır.

Hücum riski yüksək yerlər siyahısında Venesiyadakı San Marko Basilika, Bolonyadakı San Petronio Basilika, Florensiyadakı Pitti sarayı da yer alır. İtaliya Daxili İşlər Nazirliyinin xəbərdarlığından sonra sözügedən yerlərdə təhlükəsizlik tədbirlərinin artırılması diqqət çəkib.

Dante Aliqyeri qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil alıb, hüquq və fəlsəfəni öyrənib. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak edib, "ağ" qvelflər partiyasına qoşulub. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilib (1302). Didərgin həyat sürüb, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunub (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşayıb.

Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf edib, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaradıb ("Yeni həyat" kitabı, 1292). 1304-1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazıb. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312-1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb