Davudoğlu: “Hərbçilərimizin İraqda mövcudluğu bu ölkənin suverenliyini pozmur”

18:00 | 17.12.2015
Davudoğlu: “Hərbçilərimizin İraqda mövcudluğu bu ölkənin suverenliyini pozmur”

Davudoğlu: “Hərbçilərimizin İraqda mövcudluğu bu ölkənin suverenliyini pozmur”

"Türkiyə hərbçilərinin İraqın şimalında mövcudluğu bu ölkənin ərazi bütövlüyünü və suverenliyini pozmur".
APA-nın "Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Brüsselə səfər öncəsi Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
 
O bildirib ki, türkiyəli hərbçilərin Başika təlim bazasında yerləşməsi terror təhlükəsi ilə mübarizə xarakteri daşıyır. "İraq hökuməti qanuni idarəetmə orqanlarını yaradanədək bu, lazımdır. Buradan Türkiyəyə təhlükə var, biz mümkün risklərin qarşısını alırıq”, - deyə baş nazir vurğulayıb.
 
 Davudoğlu həmçinin qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin real duruma uyğun addımlar atmağa tam hüququ var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb