Davudoğlunun müavini: “Rusiyaya görə 9 milyard pul itirə bilərik”

20:01 | 07.12.2015
Davudoğlunun müavini: “Rusiyaya görə 9 milyard pul itirə bilərik”

Davudoğlunun müavini: “Rusiyaya görə 9 milyard pul itirə bilərik”

Türkiyə baş nazirinin müavini Mehmet Şimşək Rusiya ilə yaranan gərgin münasibətlər səbəbindən ölkəsinin 9 milyard dollara qədər maliyyə itkisi ilə üzləşə biləcəyini yazıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şimşək hazırki şəraitdə Türkiyənin illik istehsal gücününü 0,4 faiz geri düşəcəyini proqnozlaşdırıb.

Baş nazirin müavini iqtisadi çətinliyi qarşılamaq üçün minimal əmək haqlarını qaldırmağı düşünür.

Bundan öncə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın tətbiq edəcəyi sanksiyaların hər iki xalqın yaşayış səviyyəsinə mənfi təsir göstərəcəyini deyib.

Noyabrın 24-də Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsi Türkiyə-Suriya sərhəddində vurulub. Bundan sonra Moskva ilə Ankara arasında gərginlik yaranıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM