Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

18:31 | 05.01.2017
Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

Daxili İşlər Nazirliyinin maşınları hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Modern.az-a verilən məlumata görə, hərraca çıxarılan avtomobillərin içərisində Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.
 
Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan "BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin start qiyməti 5500 manatdır.
 
Bundan başqa, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 "UAZ-3741”, "UAZ-31519”, "Nissan Sunny” və "QAZ-33073” də var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb