"Daxili Qoşunların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb

13:22 | 24.01.2017

"Daxili Qoşunların statusu haqqında" yeni qanun layihəsi hazırlanıb

"Hərbi qulluqçuların statusu haqqında” və "Daxili Qoşunların statusu haqqında” qanun layihələri yenidən hazırlanıb və Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib.
 
Hər iki qanun layihəsi ilə bağlı müvafiq qurumların rəyi alınıb və parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması nəzərdə tutulub.
 
MM Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc APA-ya bildirib ki, "Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi mövcud qanundan fərqli olaraq 6 fəsil, 39 maddədən ibarətdir:
 
"Daxili Qoşunlarla bağlı status yenidən hazırlanıb, yeni müddəalar var. Hansı hallarda hansı silahdan istifadə edilməsi, kimə qarşı istifadə edilməməsi və s. məsələlər sənəddə yer alıb”. //APA

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb