Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb.
BAKU.WS xəbər verir ki, DİN yaydığı məlumatda açıqlayıb ki, "Polis haqqında” Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etdiyi, polis adına yaraşmayan hərəkətlərə yol verdiyi üçün Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
Bu günə qədər Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin ərmi ilə xidmətdə yol verdiyi nöqsanlara və başqa hallara görə bir sıra polis əməkdaşları işdən çıxarılıb və vəzifədən kənarlaşdırılıb.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrinə əsasən,
1. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.
2. Əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.
4. Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Sabiq Daxili İşlər naziri, general-polkovnik Ramil Üsubovun müvafiq əmrinə əsasən,
5. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov işdən çıxarılıb. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədar olub. KİV-in yazdığına görə, onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub. R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılmışdı.
6. Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimov da vəzifədən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !