Dəm qazında boğulan sevgi hekayəsi - “Qızın nə atası var, nə anası”

19:14 | 07.11.2014
Dəm qazında boğulan sevgi hekayəsi - “Qızın nə atası var, nə anası”

Dəm qazında boğulan sevgi hekayəsi - “Qızın nə atası var, nə anası”

Bu gün dəm qazından boğulan nişanlı cütlüklə bağlı sosial şəbəkələrdəki müzakirələrə mərhumun dostları münasibət bildirib.ANN.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, Ceyhun Ələsgərovun dostları eyni evdə qalan nişanlı cütlüklə bağlı səsləndirilən fikirlərə etiraz edib. Onlar bildiriblər ki, hər iki gəncin dini kəbini olub: “Nəzərinizə çatdıraq ki, Ceyhunun nişanlısı Yusifənin nə atası var, nə də anası. Buna görə Ceyhun da nişanlısı ilə bir evdə qalırdı. Onu tək qoymalı idi? Yusifənin qardaşı da "hicab məhbusu" olub”.Dostları bir daha bildirib ki, Ceyhunu və Yusifəni tanımadan onlarla bağlı nəsə danışmaq, əxlaqlarına şübhə etmək doğru deyil.Xatırladaq ki, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb. Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM