Dənizə axıdılan neft görüntüləri ilə bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA

12:13 | 23.12.2019
Dənizə axıdılan neft görüntüləri ilə bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA

Dənizə axıdılan neft görüntüləri ilə bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA

"Bu gün sosial şəbəkələrdə yayılan neftin dənizə axıdılması görüntüləri ilə bağlı hadisə yerinə xüsusi komissiya göndərilib"

Bu sözləri Yeniavaz.com-a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib. O bildirib ki, həmin məsələnin araşdırılması üçün komissiyanın tərkibində rəhbər şəxslər də hadisə yerinə gedib:
 
"Bu cür hadisələr olmamalıdır, neftin və ya bənzəri mayelərin dənizə axıdılması heç bir qanunda nəzərdə tutulmayıb.
 
İşçilərin nə üçün belə bir addım atdığı hələlik bilinmir. Ola bilsin qəsdən edilib ya da bilməyərəkdən belə bir hadisə baş verib.
 
Komissiya hadisəni araşdırdıqdan sonra işin əsli ortaya çıxacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb