Deputat “Kəndlilər işləmək istəmir…” fikirlərinə aydınlıq gətirdi

12:05 | 15.11.2018
Deputat “Kəndlilər işləmək istəmir…” fikirlərinə aydınlıq gətirdi

Deputat “Kəndlilər işləmək istəmir…” fikirlərinə aydınlıq gətirdi

Milli Məclisin deputatı Adil Əliyev canlı yayımda söylədiyi fikirlərə aydınlıq gətirib.

Anews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Adil Əliyev bir neçə gün bundan öncə açıqlamalarında söylədiyi "Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin” fikirlərinə canlı yayım vasitəsilə aydınlıq gətirib. O fikrini bu şəkildə ifadə etmədiyini bildirib:

"Mən o mənada deməmişəm, mən demişəm ki, kəndlilərimiz öz üzərlərində daha çox çalışmalıdırlar. Məsələn, mən gedirəm hansısa bir kəndə, görürəm ki, kəndlidir amma yumurtanı marketdən alır. Kəndli niyə yumurtanı marketdən alsın axı? Niyə həyətində 2-3 toyuq, yaxud gündəlik öz ehtiyaclarını ödəyə biləcək sayda quş saxlamırlar ki? Hamının həyətyanmı sahəsi var və onların bir neçə toyuq saxlamağa imkanı çatır. Deməyim odur ki, bu mümkündürsə bu işə soyuq yanaşmasınlar, daha çox çalışsınlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb