Deputat Yasamal məktəblərində olub

19:25 | 01.06.2016
Deputat Yasamal məktəblərində  olub

Deputat Yasamal məktəblərində olub

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov paytaxtın Yasamal rayonundakı  31  saylı orta məktəbin müəllim-şagird kollektivi ilə görüş keçirib. Bakının 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən millət vəkili Elşad Həsənov  1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib və onlara uğurlar arzu edib.
 
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü olan Elşad Həsənov son illər təhsil sahəsində aparılan islahatlar barədə məlumat verib. Milli Məclis üzvü bildirib ki, ölkə rəhbərliyinin dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar təhsilin  keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Millət vəkili vurğuladı ki, dünyanın qabaqcıl təhsil təcrübəsinin Azərbaycanda tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, gənc nəslin müstəqil həyata hazırlanması təhsil sisteminin qarşısında duran əsas vəzifələrdəndir.

Yasamal rayon orta məktəblərinə səfəri çərçivısində Elşad Həsənov 60 saylı məktəbə də baş çəkib. Millət vəkili yeniyetmə və gənclərin savadlı yetişməsində  pedaqoji kadrların rolunu xüsusi vurğulayaraq  qeyd edib ki, bu sahədə köklü islahatlar aparılır.  Öz növbəsində məktəb rəhbərliyi təhsilin vəziyyəti, qarşıda duran məqsədlər haqqında məlumat verib. 

Millət vəkili bildirib ki, görüşdə qaldırılmış məsələlərin həlli onun şəxsi nəzarətində olacaq və müvafiq hakimiyyət orqanları ilə birgə həlli istiqamətində səy göstəriləcək.

Seçicilər Elşad Həsənova elektron müraciət və sorğularını bu ünvanlara göndərə bilərlər:
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb