Deputatlar qan verəcəklər

16:11 | 10.04.2020
Deputatlar qan verəcəklər

Deputatlar qan verəcəklər

Milli Məclisin deputatları qan verəcəklər.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə parlamentin vitse-spikeri Adil Əliyev məlumat verib.
 
Məlumatda qeyd olunub ki, Milli Məclisin Gənclər və İdman Komitəsi "Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında qanvermə aksiyası təşkil edir.
 
"Hörmətli həmkarlar, daha bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin Gənclər və İdman Komitəsi qan vermə aksiyası təşkil edir. Belə ki, koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də donorların sayında azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac artmaqdadır. Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir. Aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Mərkəzi Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 87) yaxınlaşaraq qan verməsini xahiş edirik. Toplanmış qanlar qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcəkdir.
Mərkəzi Qan Bankında donorların təhlükəsiz formada qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilmiş və donorlar bütün gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas səviyyəsində qan verməkdədirlər.
 
Qeyd edim ki, Mərkəzi Qan Bankında qan verən donorlara qan vermə barədə arayışlar təqdim edilir” – məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb