Deputatlar Strasburqa gedir

14:36 | 24.09.2015
Deputatlar Strasburqa gedir

Deputatlar Strasburqa gedir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaq.

Milli Məclisin saytında yerləşdirilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.

Sessiya zamanı Assambleya Bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər və s. mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada deputat Rafael Hüseynovun «Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama» mövzusunda məruzəsi dinləniləcək. (azadlıq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb