Deputatların son günü

13:29 | 29.06.2018
Deputatların son günü

Deputatların son günü

Bu gün Milli Məclisin (MM) son - növbədənkənar iclası keçirilir.

Oxu.Az-ın xəbərinə görə, son iclasın gündəliyinə 39 məsələ daxil edilib ki, onlar arasında büdcə dəyişiklikləri əsas yer tutur.

Büdcə dəyişiklikləri ilə bağlı müzakirələrdə Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edəcəklər.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar rəsmən yay tətilinə gedəcəklər.

Millət vəkilləri sentyabrın 15-də işə çıxacaqlar.

Həmin vaxt parlamentin növbəti - büdcə sessiyası kimi tanınan payız sessiyasının komitə iclasları başlayacaq.

MM-in payız sessiyası isə ya sentyabrın 30-da, ya oktyabrın 1-də öz işinə başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM