Devid Kameron Nizami Gəncəvi beynəlxalq mərkəzini təriflədi

21:15 | 12.03.2015
Devid Kameron Nizami Gəncəvi beynəlxalq mərkəzini təriflədi

Devid Kameron Nizami Gəncəvi beynəlxalq mərkəzini təriflədi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu sözləri Böyük Britaniyanın Baş naziri Devid Kameron deyib.

Devid Kameron Mərkəzə ünvanlandığı məktubda təşkilatın fəaliyyəti və aprelin 27-39 Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikirlərini bildirib.

Böyük Britaniyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində mövcud əməkdaşlığın artırılmasına yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edir. Baş naziri Devid Kameron III Qlobal Açıq Cəmiyyətlər Forumunun uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunmasıdır. Bu istiqamətdə müxtəlif hökumətlər və ictimai təşkilatlarla sıx əməkdaşlıq edən Mərkəz bir sıra beynəlxalq tədbirlər təşkil edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün layihələri, o cümlədən III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb