DGK: Hökumət 4 mlrd. dollar kredit almaq niyyətindədir

12:51 | 29.01.2016
DGK: Hökumət 4 mlrd. dollar kredit almaq niyyətindədir

DGK: Hökumət 4 mlrd. dollar kredit almaq niyyətindədir

Səfər Mehdiyev: Bu il üçün idxal 9 mlrd. dollar həcmində proqnozlaşdırılır

Dünən Azərbaycan hökuməti ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının missiyaları ilə keçirilən görüşdə əlavə 4 mlrd. ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparılıb. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bununla yanaşı hazırda Komitənin cari il üçün büdcə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı hökumətlə danışıqlar aparılır: "Bu il üçün idxalın həcmi 9 mlrd. dollar həcmində proqnozlaşdırılır".

Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb