Dilarə Kazımova Ukraynada - VİDEO

11:35 | 21.04.2014
Dilarə Kazımova Ukraynada - VİDEO

Dilarə Kazımova Ukraynada - VİDEO

“Mən düşünmürdüm ki, məni seçəcəklər”.

“Eurovision-2014” mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Dilarə Kazımova dünya şöhrətli “Qolos” layihəsinin Ukrayna versiyası “Qolos krayni” müsabiqəsində iştirak edir.Oxu.Az xəbər verir ki, “Ya ne sdamsa bez boya” mahnısını ifa edərkən mahnının müəllifi “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuk ona səs verib.Azərbaycanlı iştirakçı “Sarı gəlin” mahnısını da əlavə oxuyaraq Vakarçukun komandasına daxil oldu.Vokal dueldə Dilarə Kazımova Katerina Nazimenko ilə çıxış edib, Madcon’а repertuarından “Beggin” mahnısını oxuyub.Layihənin münsifi Sergey Lazarev mahnı seçimini bəyənməyib. Müğənni qeyd edib ki, Dilarə və Katerina özlərini başqa mahnıda daha yaxşı göstərə bilərdilər. Tamara Qvartiseli də eyni fikri bildirdi. Svyatoslav Vakarçuk Dilarə Kazımova və Katerina Nazmineko ilə bərabər “Beggin” mahnısını ifa etdikdən sonra seçimini bildirdi.“Qolos krayni” layihəsində Dilarə iştirakına davam edəcək:“Mən düşünmürdüm ki, məni seçəcəklər, çox sevinirəm və çox xoşbəxtəm”, - Dilarə Kazımova vokal duelin nəticəsini şərh edərkən deyib.ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb