"Dilqəmə işgəncə verilir" - Girovun qardaşı

11:54 | 26.12.2014

"Dilqəmə işgəncə verilir" - Girovun qardaşı

Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun qardaşı Sahib Musayev Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının məsul şəxslərinə məktub göndərib.

Bu barədə S. Musayev özü məlumat verib.

O, bildirib ki, məktubda D. Əsgərovun tez bir zamanda girovluqdan azad edilməsi məsələsini qaldırılıb: "Məktubda girovluqda olan Dilqəm Əsgərov barəsində ermənilərin tətbiq etdikləri qondarma məhkəmənin saxtalığını qeyd etmişik. Həmçinin bildirmişik ki, Dilqəmə işgəncə verilir. Onun ən son çəkilən şəkilindən hər şey aydın olur. Ermənilər Dilgəm Əsgərovu tezliklə geri qaytarmalıdırlar”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. //azvision.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM