Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO

11:17 | 22.11.2017
Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO

"Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”. 

Bunu AzVision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib.

"Mənim 90 yaşım var. Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdən ermənilər evimizə od yağdırdılar. Ağlaşamağa başladıq. Dedilər ki, ermənilər gəlir, qaçın. Həmin vaxt Dilqəm gəldi, məni maşına mindirib, kənddən çıxardı. Ağlaya-ağlaya ondan soruşdum ki, Dilqəm, bəs mal-mülkümüz orada qaldı. Dilqəm cavab verdi ki, əsas sizin sağlamlığınızdır. Sağ olsun, Dilqəm məni ermənilərin əlindən xilas etdi”.

90 yaşlı Z.Əsgərova Dilqəmin yolunu gözlədiklərini söyləyib: "Biz Kəlbəcərdən çıxandan sonra Dilqəmi rahat buraxmadıq. Dedik, get evimizə bax, Gör bizim ev-eşiyimiz necədir, gör kəndimiz nə vəziyyətdədir? Dilqəm çox qeyrətli oğlandır. O, Kəlbəcərə, kəndimizə ziyarətə getdi. Orada erməni gavurlarının əlinə düşdü. Gavurlar Dilqəmi bizə qaytarmırlar. 3 ildir onun yolunu gözləyirik. Dilqəmi yuxularımızda görürük”.

Sonda Z. Əsgərova D. Əsgərovun girovluqdan azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət edib: "90 yaşlı Azərbaycandan qadını kimi sizdən xahiş edirəm ki, Dilqəmin azadlığa qovuşmasına kömək edin”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb