DİM: Bu il 90 mindən çox abituriyent sənəd verib

12:20 | 23.05.2017
DİM: Bu il 90 mindən çox abituriyent sənəd verib

DİM: Bu il 90 mindən çox abituriyent sənəd verib

Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib.

Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib.

Onların 29359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.

Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.

Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb