DİN-də növbəti kadr təyinatı oldu

10:18 | 19.03.2015
DİN-də növbəti kadr təyinatı oldu

DİN-də növbəti kadr təyinatı oldu

 Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
 
"Report" xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM