Diri-diri torpağa basdırılan qız sağ çıxarıldı

20:05 | 19.10.2019
Diri-diri torpağa basdırılan qız sağ çıxarıldı

Diri-diri torpağa basdırılan qız sağ çıxarıldı

Hindistanın Uttar Pradesh əyalətində ata ölən qızını dəfn edərkən diri-diri basdırılan uşağı məzardan sağ çıxarıb.
 
Xarici mediyanın məlumatına görə, Hitesh Sirohi adlı həmən şəxs dəfn üçün yer qazarkən bir uşağın ağladığını eşidib. Qızının sağ qaldığını zənn edən ata qazdığı yerdən parçaya bükülmüş qız uşağını görüb.
 
H.Sirohi aidiyyəti şəxslərə məlumat verib və nəfəs alma çətinliyi olan uşağa təcili tibbi yardım göstərilib.
 
Ehtimala görə, körpə 4-6 saat öncə basdırılıb.
 
Polis əməkdaşları uşağın valideynlərini axtarışa veriblər.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM