Dünyada hər 40 saniyədən bir kimsə intihar edir - digər rəsmi statistikalar

19:45 | 05.09.2014
Dünyada hər 40 saniyədən bir kimsə intihar edir - digər rəsmi statistikalar

Dünyada hər 40 saniyədən bir kimsə intihar edir - digər rəsmi statistikalar

Rəsmi statistikaya görə, dünyada hər 40 saniyədən bir kimsə intihar edir.ANN.Az BBC-yə istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı dünyada baş verən intiharlarla bağlı hesab hazırlayıb. Təşkilat kimlərinsə çıxış yolu olaraq istifadə etdiyi intiharı "böyük bir ictimai sağlıq problemi" kimi tanıdığını elan edib.2020-ci ilə qədər intihar hadisələrinin 10 fazi azalmasını hədəf seçən ÜST sadəcə 28 ölkənin beynəlxalq intiharın qarşısını alma strategiyasına sahib olduğunu deyib. İntiharla bağlı dünya üzrə son 10 illik araşdırma və tədqiqatlarda bu nəticələr əldə olunub:-  Hər il 800 min adam özünü öldürür-  İntihar 15-29 yaş arası gənclərdə ikinci ölüm səbəbidir.-  70 yaşdan sonra intihar edənlərin sayı daha çoxdur-  İntihar edənlərın dörddə üçü aşağı və orta gəlirli ölkələrin vətəndaşlarıdır.-  Daha zəngin ölkələrdə intihar edən kişilərin sayı qadınların sayından üş dəfə artıqdırHesabatda öncələr intihar etmək istəyən adamlara daha çox yardım edilməsinə dair çağırış yer alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM