Dünyada milyarderlərin sayı rekord həddə çatıb

19:58 | 18.09.2014
Dünyada milyarderlərin sayı rekord həddə çatıb

Dünyada milyarderlərin sayı rekord həddə çatıb

"Wealth-X" şirkəti və İsveçrənin "UBS" bankının araşdırmasına görə, 2014-cü ildə dünyada milyarderlərin sayı 2325-ə çatıb. Beləliklə, son bir il ərzində sərvəti milyarda çatanların siyahısına daha 155 nəfər əlavə olunub. 

ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, onların birgə sərvətlərinin həcmi 7.3 trilyon dollar həcmində dəyərləndirilir.Avropa milyarderlərin sayına görə liderlik edir. Dünya milyarderlərinin 755 nəfəri Avropa, 609 nəfəri Şimali Amerika və 560 nəfəri Asiyalıdır. 

Bu milyarderlərin 35 fazinin ali təhsili yoxdur. Milyarderlər arasında orta yaş həddi 63-dür. 

Verilən məlumata görə, onların yalnız 4 nəfərin sərvəti 50 milyarddan çoxdur. 

Forbesin iyul ayında apardığı sorğuda dünyanın ən varlı adamının Meksika milyarderi Karlos Slim (79.6 milyard dollar) olduğu açıqlanıb.

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM