Dünyanı coşduran və unudulmaz 15 konsert - VİDEO

23:04 | 30.10.2014
Dünyanı coşduran və unudulmaz 15 konsert - VİDEO

Dünyanı coşduran və unudulmaz 15 konsert - VİDEO

1. Gueen - Wembley '86Əfsanəfi ingilis rok qrupu Queenin Londonun "Wembley" stadionunda 1986-cı ildə təşkil etdiyi konsert. 1992-ci ildə bu konsertin görüntüləri əsasında qrupun albomu hazırlanır və satışa buraxılır. Qrupun üzvləri bunlar olub: Freddi Merkuri, Con Dikon, Brayan Mey, Rocer Teylor. Ötən əsrin 90-cı illərdə qrupun dağılması ilə bağlı dedi-qodular başlayır. Freddi Merkuri bu xəbərləri çox sərt qarşılayır və jurnalistlər qarşısına çıxan solist "Bu dedi-qoduları unudun getsin! Biz ölənə qədər birlikdə olacayıq, buna adım kimi əminəm".Lakin 1971-ci ildən fəaliyyətə başlayan qrup 1997-ci ildə dağılır. Qrupun "Wembley '86" konserti musiqi tarixinə qızıl hərflərlə yazılmış konsertlərdən biri hesab olunur.2. Pink Floyd - Pompeii '72İngiltərə progressiv/psixodelik/art rok qrupudur. Qrup 1965-ci ildə London Politexnik İnstitunun 3 tələbələrin – Riçard Rayt, Rocer Uoters, Nik Meyson və onların Kembric şəhərində yaşayan dostu Sid Barrett tərəfindən yaradılıb. Qrup öz fəlsəfə mətnlərə, akustik eksperimentlərə, möhtəşəm şoulara görə məşhurdur.Uzun ömürlü qruplardan olan Pink Floyd 1996-cı ilə qədər öz peşəkarlığını nümayiş etdirib. Qrupun maraq doğuracaq konsertlərindən biri məhz Pompeii '72-dir. Maraqlısı odur ki, bu konsertdə nə biletli, nə biletsiz bir dənə də olsun tamaşaçısı olmayıb. Qrup özü oxuyub, özü dinləyib. Amma konsertin görüntüləri indiyə kimi rok musiqi sevərləri tərəfindən CD, DVD  formatında alınır, dinlənilir, sevilir.3. Michael Jackson - Bucharest '92Pop musiqisinin kralı Maykl Ceksonun "Dangerous Tour" çərçivəsində 1992-ci ildə Buxarestdə verdiyi konsert unudula bilərmi? Konsertdən düz 13 il sonra konsertin DVD-si yayımlanır və bu DVD dünya üzrə 950 min ədəbi satılır. Bu rekord idi.4. Jean Michel Jarre - Moscow '97 Hazırda 66 yaşı olan və elektron musiqi, sintpop, nyu-eyc janrlarının pionerlərindən biri sayılan Jan Mişel Jarrın dünya şöhrətini elektron musiqi janrının klassikasına çevrilmiş "Oxygene" (1976) albomu sayəsində yaxalanıb. 1979-cu ildən başlayaraq dünyanın müxtəlif bölgələrində onlarla musiqili işıq şousu təşkil etmişdir.Jarr bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Onun 4 konserti tarixdəki ən böyük konsertlər kimi qeydə alınıb. Sonuncu rekordu 1997-ci ildə Moskvada qeydə alınıb, həmin konsertdə 3,5 milyon tamaşaçı iştirak edib. Digər bir rekordu isə 1983-cü ildə cəmi 1 nüsxədə buraxdığı "Music for Supermarkets" albomunun hərracda 10 min funt-sterlinqə satılmasıdır. Həmin albomdakı bəzi mahnılar 1984-cü ildə buraxılan "Zoolook" albomunda bir qədər dəyişilmiş şəkildə yer alır. Mahnıların orijinalını isə hazırda aşağı keyfiyyətli radio səs yazıları şəklində dinləmək mümkündür.Oxuculara təqdim etdiyimiz məhz onun Moskva konsertidir5. Metallica - Moscow '911981-ci ildə yaradılan Thrash Metal və Heavy Metal ifa edən amerikan qrupu. "Thrash metal" axınının üzvlərindən və 80'li illərin ən yaxşı və ən ilham verici metal qruplarından biri olaraq qəbul edilir. 60 milyondan ABŞ-da, 40 milyondan da dünyanın geri qalanında olmaq üzrə təxminən 100 milyon albom satışı olan qrup, musiqi tarixinin ticari və axın olaraq ən müvəffəqiyyətli metal qruplarından biridir. Konsert satışları baxımından da ABŞ musiqi tarixinin ən böyük 13. birliyi mövqesindədir.Qrupun 1991-ci ildə Moskvada verdiyi konserti sadəcə belə adlandırmaq olar: Əfsanə. Konsertə gələn tamaşaçıların sayı - 1.600.000 nəfər olub.  Videodan siz konsertdə asayışı təmin etmək üçün yüzlərlə əsgərin də cəlb olunduğunu görə bilərsiniz.6. Jimi Hendrix - Miami '68Onu gitaranın Eynşteyni adlandırırlar. Bu Jimi Hendrixdir. Onu musiqi tarixinin gəlmiş-keçmiş ən yüksək gitaristi hesab edirlər. Budur, onun 1968-ci ildə Mayamidə verdiyi konsertin görüntüləri...7. Bob Marley - Santa Barbara '79Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley, "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifi olub. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə edib.Cəmisi 36 il yaşayan sənətkarın ABŞ-ın Santa Barbara şəhərində verdiyi konsert musiqi tarixinə qızılı hərflərlə yazılıb, yəqin ki, heç silinməyəcək də...8. Nirvana - New York '93Nirvana Seattle`in ana damarlarını təşkil edən Pearl Jam ,Soundgarden , Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge rok a öz töfhəsini verən qrupdu. Kurt Kobeyn (vokal,gitarist), Krist Novoselic (bass) tərəfindən 1985-ci ildə Vaşinqtonda qurulub bu qrup. Bir neçə il ayrı-ayrı qruplarda ifa edən ikili 1988-ci ildə Chad Chaining-in (baraban alətləri) gəlməsiylə ilk albomlarını hazırlamağa başladılar. İlk mahnı "Love Buzz/Big Cheese"i 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə "Bleach" adlı ilk albomunu çıxartdı. Musiqi olaraq Melvins, Mudhoney, Black Sabbath və Led Zeppelin `dən yararlanan qrup albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər. Albomun hazırlanmasına böyük köməyi olan Jason Everman albom çıxandan sonra qrupa 2-ci gitarist kimi qatıldı. Cəmi 7 il ömrü olan bu qrup ayrı bir əfsanədir ki, onun haqqında hələ çox danışılacaq. Biz isə Nirvananın 1993-cü ildə Nyu Yorkda verdiyi konsertini siyahıya daxil etmişik...9. The Beatles - London '69Çox maraqlı bir tarixi hadisənin videosudur bu. Dünyanın ən məşhur qruplarından olan The Beatles 1969-cu ildə, Londonun düz mərkəzində, bir binanın damına çıxaraq pulsuz konsert verərsə, nə olar? Əlbəttə ki. izdiham. Musiqi tarixinə damğa vuran bir performans: qısa zamanda küçə tamamilə adamlarla dolur, tıxac yaranır, izdihamın ardı-arası kəsilmir. Yalnız başladığından 42 dəqiqə sonra polis evin damına çıxaraq konsertin davam etməsinə mane olur.10. The Doors - Miami '69 Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los Anceles şəhrində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə edib. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərib. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlayıb. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərib. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulub. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir edib. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məhşurluq qazanıb. Qrupun adının The doors olması, Cim Morrisonun adı ilə bağlıdır. Morrison ilham qapıları adlı kitabı oxuduqdan sonra qrupun adını qapılar qoymuşdur.Qrupun 1969-cu ildə Mayami konsertində nələr olmur? Riqqətə gəlmiş Cim Morrison söyüş söyür, musiqi alətlərini parçalayır, şalvarını aşağı çəkir... Elə bu zaman polis onu səhnədən endirir... Amma hər şeyə rəğmən bu konsert də musiqi tarixinə qızıl hərflərlə yazılıb.11. Madonna, Britney Spears, Christina Aguilera - VMA '03Bəlkədə buna konsert demık olmaz, amma yaddaqalan performans nümayiş etdirildiyi üçün siyahıya daxil etdik. Gəlişi ayaqda alqışlanan musiqi kraliçası və hələ sonralar pop musiqidə ad çıxaracaq digər ikili. Sadəcə, videoya tamaşa edək.12. AC/DC - Münhen '01AC/DC, Angus və Malcolm Young qardaşlar tərəfindən 1973-cü ildə Sidneydə qurulmuş Avstraliyalı hard rok qrupudur. Hər nə qədər qrup hard rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də qrup üzvlərinin hazırladığı musiqi "rock and roll"-a daha çox bənzədilir.Qrupun ilk albomu "High Voltage" 1975-ci ildə yayımlanana qədər heyətində bir çox dəyişiklik yaşadı. 1977-ci ildə bas gitara ifaçısı Mark Evans'ın yerinə Cliff Williams gəldi. 1979-cu ildə qrup böyük müvəffəqiyyət təmin edən "Highway to Hell" adlı albomunu hazırladı. 1980-ci il 19 fevral günü qrupun solisti Bon Scott yüksək miqdarda spirt qəbul etdikdən sonra öldü. Qrup qısa bir müddət musiqini buraxmağı düşündüsə də sonunda Scott'un yerinə Geordie qrupundan Brian Johnson'ı heyətinə qataraq yoluna davam etdi. Eyni il qrup bu günə qədər ən çox satış əldə edən "Back in Black" albomunu hazırladı.Qrupun 2001-ci ildə Münhendə təşkil etdiyi qrup yaddaqalanlardandır.13. Elvis Presley - Comeback '68Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.Rok-n-rollun kralının 1968-ci ildə təşkil etdiyi "The '68 Comeback Special" adlı konsertdən görüntülərdir bunlar. Bir TV şousu kimi keçən bu konsert də adını qızıl hərflərlə yazdıra bilib.14. Bon Jovi - New York '08Bon Jovi - 1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupudur. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir.Bon Jovi karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlanıb. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert verib və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə edib.İngilis "Q" jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer alıb bu qrup. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatına, 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirilib. Bon Jovi 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olub.Fəaliyyətini hələ də davam etdirın qrupun 2008-ci ildə Nyu Yorkda Madison Square Garden'da dillərə əzbər bir konsert verir. 15. Johnny Cash - San Quentin '69Conni Keş amerikan kantri ifaçısı, janrin görkəmli ulduzlarından biridir. Siyahıdan gördüyünüz kimi, ötən əsrin 60-cı illərində çox sayda yaddaqalan konsert olub. Conni Keşin bu konsertinin özəlliyi isə onun həbsxanada baş tutmasıdır - məhbuslar üçün "San Quentin" həbsxanasında konsert və tamaşaçılar azad insanlar deyil, ömürlərini dəmir barmaqlıqlar arasında keçirən insanlardır. Bu özəllik konserti musiqi tarixinə qızıl hərflərlə yazılmasına səbəb olub.

Hazırladı Nuray

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb