Dünyanın ən bahalı qəhvəsinin qeyri-adi tərkibi - FOTOLAR

21:59 | 03.10.2014
Dünyanın ən bahalı qəhvəsinin qeyri-adi tərkibi - FOTOLAR

Dünyanın ən bahalı qəhvəsinin qeyri-adi tərkibi - FOTOLAR

Dünyanın ən bahalı qəhvəsi "Black İvory" hesab olunur və onu Şimali Taylandda "Black İvory Coffee Company LTD" şirkəti istehsal edir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "arabika" adlı qəhvə dənələri fillərin nəcisindən əldə edilir.Qəhvə dənələri yem halında hazırlanır, xüsusi nəzarət altında saxlanılan fillərə uddurulur və daha sonra təkrar heyvanların nəcisindən toplanaraq emal olunur. "Black İvory" qəhvəsinin dadını təsirli edən filin mədə turşusudur. Bu qəhvə 15-70 saat ərzində həzm olunur. Eyni zamanda filin mədəsindəki digər maddələr bu məhsula xüsusi dad verir.Bu qəhvədən 1 fincan içmək istəyənlər təxminən 45-50 ABŞ dolları xəcrləməlidirlər. "Black İvory"nin xüsusi dadının və qoxusunun olduğu deyilir. Fil nəcisindən istehsal olunan bu qəhvə dünya bazarında özünəməxsus yer tutur və onu digər qəhvə növləri ilə qarışdırmaq mümkün deyil. "Black İvory"nin 1 kiloqramı 1100 ABŞ dollarına satılır və ən bahalı qəhvə növü hesab olunur.Dənələri filin nəcisindən toplandığı üçün onun istehsal prosesi uzun çəkir və bazara yalnız gündəlik 50 kiloqram mal çıxarmaq mümkün olur. Nəcisdə qəhvə emalı yalnız fillərə məxsus deyil. Dünyada xüsusi qaydada saxlanılan pişik, maral və yarasa növlərinin nəcisindən də qəhvə emal edilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM