Dul qadın İŞİD-dən dəhşətli şeylər danışır - "Bizi zorla məcbur edirlər"

11:57 | 01.10.2014
Dul qadın İŞİD-dən dəhşətli şeylər danışır - "Bizi zorla məcbur edirlər"

Dul qadın İŞİD-dən dəhşətli şeylər danışır - "Bizi zorla məcbur edirlər"

İraqın Mosul şəhərinin “İraq və Şam İslam Dövləti” (İŞİD) tərəfindən işğal edilməsindən sonra şəhərdəki hazırkı vəziyyət hər kəsi düşündürür. İŞİD-in gətirdiyi yeniliklər, qoyduğu qayda-qanunlar, yerli insanlara qarşı rəftarı dünyanın maraq dairəsindədir.

Maraqla gözlənilən vəziyyətlə bağlı Mosul şəhərində yaşayan bir qadın mətbuata danışıb. Əri öldürülən, özü 8 yaşlı uşağı ilə doğma şəhərində qorxu içində yaşayan qadın İŞİD gəldikdən sonra yaranan vəziyyətlə bağlı məlumat verib.

Virtualaz.org saytı Mosulda yaşayan qadının BBC-nin müxbirinə dediklərini ixtisarla təqdim edir:

“Bir oğlum var. Üçüncü sinifdə oxuyur. Məktəbə göndərirəm. Amma əslində göndərməməliyəm. Qorxuram, küçələrdə dəhşətli hadisələr baş verir. Uşaqlar küçəyə çıxanda silah, zirehli texnika, qara geyimli İŞİD-çilər görürlər. Uşaqlar çox qorxur.

Məktəbdə şagirdlər üçün hər şey dəyişib. Ölkənin adı “İraq Respublikası” yox, “İslam Dövləti” kimi yazılır. Heç kim “İraq Respublikası” deyə bilməz. Məktəbdəki təhsil proqramı, uşaqların oxuduqları mövzular da dəyişdirilib. Fizika, riyaziyyat, musiqi və idman dərsləri proqramdan çıxarılıb. Məktəbə gedən şagirdlərə Quran öyrədirlər. Bununla da uşaqların beynini yuyacaqlar.

Oğlumun məktəbə getməyini istəməməyimin bir səbəbi də var. Həyat yoldaşımı öldürüblər. Dəqiq bilmirik kim öldürüb. Amma İŞİD-çilərin öldürdüyünü təxmin edirik. Oğlum onları görəndə “atamı öldürənlər bu adamlardır” deyir. Qorxuram ki, küçəyə çıxıb belə şeylər desə, ona nəsə edərlər. Bu insanlar mərhəmətsizdir.

Bunlar bizi əsrlərlə geriyə apardılar. Burada həyat çox çətindir. İşıq, qaz yoxdur. Odun yandırırıq. Hər şey çox bahadır. Heç bir sahədə azadlıq yoxdur. Bizi niqab taxmağa məcbur edirlər. Bir qadın yanında əri, atası və ya qardaşı olmadan küçəyə çıxa bilmir.

Edə biləcəyimiz heç bir şey yoxdur. Bu ölkədən çıxıb gedə bilsəydik, çoxdan getmişdik. Amma həbsdəyik. Onların idarəçiliyi altındakı məhkumlar kimiyik. Bizim İŞİD rəhbərliyi altında könüllü yaşadığımıza inananlar var. Onlar bizi günahlandırır. Amma vəziyyət belə deyil. Bizi zorla məcbur edirlər.

Onlara “İŞİD” desəniz, dilinizi kəsərlər. “İslam Dövləti” deməlisiniz. Gənclər üçün heç bir azadlıq yoxdur. Onları siqaret çəkməyə də qoymurlar, istədikləri kimi geyinə bilmirlər.

Bizim üçün gələcək yoxdur. Gələcək bitdi artıq. Yeni qaydalara görə, biz heç kimi ziyarətə gedə bilmirik. Onlara hara getdiyimizi demək məcburiyyətindəyik. Əvvəllər polis işləyən şəxsləri bir-bir axtarıb tapırlar. Onları hara aparırlar, nə edirlər - bilmirik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb