Dünən Türkiyədə başlayan meşə yanğınları davam edir

21:20 | 07.09.2017
Dünən Türkiyədə başlayan meşə yanğınları davam edir

Dünən Türkiyədə başlayan meşə yanğınları davam edir

Ötən gün saat 14:25-də Türkiyənin cənub-qərbindəki Muğla vilayətində başlayan güclü meşə yanğınları hələ də davam edir.

Trend-in məlumatına görə, külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.

Bu gün səhər də yanğınla əlaqədar olaraq yaxınlıqdakı bəzi kəndlərdən əhalinin təxliyəsi davam edir.

Xatırladaq ki, bu yaxınlarda ölkənin şimal-qərbində Balıkesir vilayətində də güclü yanğınlar qeydə alınmışdı.

Qeyd edək ki, Türkiyə ərazisinin 27,6 faizi meşə zonalarıdır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM