Dünya müharibəsinə həsr olunan abidələr - FOTOREPORTAJ

20:01 | 17.08.2015
Dünya müharibəsinə həsr olunan abidələr  - FOTOREPORTAJ

Dünya müharibəsinə həsr olunan abidələr - FOTOREPORTAJ

Rüstəm Qasımov

Müharibə bizim həyatımızda baş verə biləcək ən kədərli hadisədir, müharibədə insanlar ölür, şəhərlər dağılır, talelər məhv olur. Buna görə də şəhərləri bəzəyən abidələr heç də hər zaman sevindirici hadisələri ehtiva etmir. Şəhərlərdə tez-tez ölkənin ağır günlərini, qanlı hadisələri, amansız döyüşləri əks etdirən abidələr də qoyulur ki, tarix unudulmasın və insanlar yaşananlardan ibrət dərsi götürsünlər. Belə abidələrə misal kimi Dünya Müharibəsinə həsr olunanları göstərmək olar. 

Londonda olarkən, tarixi əhəmiyyətli hadisələri özündə əks etdirən möhtəşəm abidələrin yanında soyuqqanlılıqla keçmək olmur, bu abidələr müasir və gələcək nəsillər üçün bir örnəkdir ki, onlar kimin sayəsində yaşayırlar və mövcud olmaqda davam edirlər. Birinci və İkinci Dünya Müharibəsinin kədərli hadisələri bəşəriyyətin ən kədərli səhifələrindən biridir. İngiltərədə çox sayda bu faciəvi hadisələrin qurbanlarının şərəfinə ucaldılan çox sayda abidələr var, onların xatirəsi əziz tutulur. Axı onlar ümumi qələbə üçün öz həyatlarını fəda ediblər. 

Mənim ən çox diqqətimi cəlb edən müharibələrdə kişilərlə çiyin-çiyinə mübarizə aparan qadınların şərəfinə ucaldılan abidələr oldu. Qeyd etmək yerinə düşər ki, qoyulan abidələrin bir çoxu İkinci Dünya Müharibəsi tematikasındadır. Demək olar ki, hər bir abidənin yanında tər güllər var idi, bu onu göstərir ki, insanlar qurban gedənlərin taleyinə biganə deyillər. 

Elmi, təhsili, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə Azərbaycanın deyil, xarici ölkələrin də incəsənət nümunələriylə tanış etməkdə davam edir. 

Fotosessiyanı təqdim edirik: 
 

















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti