Dünya üçün yeni təhlükə - Alimlərdən xəbərdarlıq!

11:00 | 28.09.2016
Dünya üçün yeni təhlükə - Alimlərdən xəbərdarlıq!

Dünya üçün yeni təhlükə - Alimlərdən xəbərdarlıq!

ABŞ-ın Ətraf Aləmi Qoruma Agentliyi həyəcan təbili çalır.

ATV.az xəbər verir ki, dünya iqlimində baş verən prossesləri araşdıran qurumun alimləri Yer kürəsinin ən isti fəsillərinin yaşandığını bildirib. Planetin son 2 milyon illik iqlim göstəricilərini araşdıran Agentlikdə hesab edirlər ki, tempraturların artması bundan sonra da gözlənilir. Elmi mərkəzin professosru Karolin Snayder isə bildirir ki, belə istilik göstəriciləri axırıncı dəfə 120 min il əvvəl qeydə alınıb. Elm adamı illik tempratur göstəricilərinin orta hesabla daha 5 dərəcə artacağını istisna etmir.

Araşdırmaların nəticələri ABŞ-da artıq bir neçə elmi jurnalda dərc edilib. Tempratur göstəricilərinin artması ilə qlobal fəlakətlərin qaçılmaz olacağını deyən alimlər, bunun qarşısını almaqda aciz olduqlarını etiraf ediblər. Onlar hesab edir ki, sənayenin hazırki inkişaf mərhələsində saxlamaq mümkün olsa belə, 100 ildən sonra tempraturlar daha 2 dərəcə artacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb