Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

14:38 | 16.08.2016
Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Çin kvant rabitəsi üçün dünyada ilk eksperimental peyki uğurla orbitə buraxıb.

"ICTnews” Elektron Xəbər Xidməti tass.ru saytına istinadən yazır ki, qədim Çin filosofunun şərəfinə adlandırılmış "Mo-szı" aparatı "Çançjen-2D" raket daşıyıcısının köməyi ilə orbitə çıxarılıb.

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

"Bu layihə qlobal miqyasda kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır" - Avstriya fiziki Anton Saylinqer deyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM